Aylar əvvəl bəzi sözləri bura yazanda düşünürdüm ki, həyatımın ən böyük mübarizəsi sevgi ilə qorxularım arasında olacaq. O zaman özümə verdiyim sualın cavabını bilmirdim. Bu gün isə cavabı tapmışam.Bəli, bəlkə də bir müddət öncə qorxularım qalib gəldi. Amma hal hazırda buna məğlubiyyət kimi baxmıram. Çünki zaman mənə öyrətdi ki, hər itirdiyimizi itki hesab etmək doğru deyil. Bəzən insan bir qapını bağlayır ki, qarşısında daha uyğun qapılar açılsın. Bəzən ayrıldığımız yollar bizi əslində getməli olduğumuz istiqamətə aparır.) O günlərdə içimdə olan tərəddüdlər, narahatlıqlar və suallar məni yorurdu. İndi isə anlayıram ki,,həyat yalnız bir insanın ətrafında dayanıb qalmır. Həyat yenilənir, dəyişir, insan da onunla birlikdə dəyişir. Dünən mənə ağır gələn şeylər bu gün mənə dərs kimi görünür. Bəlkə də bu yol mənim üçün ən doğrudu,Çünki hər sonluq öz içində yeni başlanğıclar gətirir. Qarşıma yeni insanlar çıxır, yeni məqsədlər yaranır, yeni arzular qurulur. Mən artıq keçmişin “kaş ki”lərində yox, gələcəyin “bəlkə də”lərində yaşamağı seçirəm. Hmmm Doğrudurki Hələ də bəzi xatirələr ürəyimin bir küncündə qalır. Amma artıq onlara qayıtmaq üçün yox, böyüdüyümü xatırlamaq üçün baxıram. Çünki insan bəzən sevdiyini deyil, köhnə halını geridə qoyur.Bu gün geriyə baxanda görürəm ki qorxularım məni dayandırmayıb, sadəcə başqa bir yola yönəldib. Və mən inanıram ki, hər şey öz vaxtında, öz yerində olmalıdır.Qarşıda məni gözləyən yeniliklər, yeni şəhərlər, yeni insanlar və yeni hekayələr var. Bəzən ürəyin istədiyi yox, taleyin gətirdiyi yol daha doğru olur. Mən də artıq itirdiklərimə yox, qarşıma çıxacaq gözəlliklərə baxıram. Çünki həyat davam edir və mən keçmişə deyil, gələcəyə doğru addımlayıram.
Son dəfə
səni qucağlaya bilsəm yada quc(unda)ağlaya bilsəm yadaki balkonda iki çay içə bilsəm vəya birlikde film izləsək bəlkə oturub ada ilə oynasaq yoxsa marketləri gəzib cürbəcür hekayələr danışsaq kaș Yenidən gecə işıqlarında səninlə görüşsək bunlar olmasa belə bir ehtimal səninlə sadəcə yanbayan dənizin qırağında oturub ləpələrin səsi ilə dalğalanan saçlarınla oynasam... i totally miss you, gözəl insan. come back home, ASAP!🏡
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
00:26
Dünya bir kölgədən başqa bir şey deyil. İnsan isə o kölgənin arxasınca ömrünü sərf edir. Bəzilərinin gözlərini elə həyat eşqi kor edib ki, bir gün hər şeyin bitəcəyini unutmuş kimidirlər. Halbuki hər gəlişin bir gedişi, hər başlanğıcın bir sonu var. Bəzi insanlar dünyanı o qədər sevirlər ki, ayrılığın qaçılmaz olduğunu unuturlar. Halbuki bu həyat bir göz qırpımından da qısadır. Bu gün sahib olduğun hər şey, sabah yalnız bir xatirə ola bilər. Nə qədər sevsən də, dünya səni özündə saxlamayacaq. Nə qədər bağlansan da, bir gün hər şeydən ayrılacaqsan. Elə isə fani olana ürəyini həddindən artıq bağlama; çünki gedəcək olan şeyin arxasınca ömür sərf etmək, ən böyük aldanışdır Sevgi gözəldir, amma insan bəzən sevgini də dünyəvi bir bağlılığa çevirir. Elə bağlanır ki, sanki hər şey həmişə olduğu kimi qalacaq. Halbuki dünya dəyişir, insanlar dəyişir, zaman dəyişir. Fani olan bir dünyada əbədi sevgilər axtarmaq, bəlkə də insanın ən qədim yanılğısıdır.
İnsan ve Hayat
Zaman həmin zamandır, bəlkə də, biz bilmirik, Bəlkə də düz ağlamırıq, bəlkə də, düz gülmürük…
Xurşidbanu Natəvan
Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün, Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün. Söyləginən gətirməsün Kufəyə nazlı Əkbəri, Zülm ilə qanına batar türreyi-müşki-ənbəri. Bəlkə Firəngətək apar cümleyi-ali-heydəri, Zibhi-əzim üçün bu gün kuhi-Minayə gəlməsün.
Şiir
Son aylarda oxuyub çox sevdiyim üç kitab haqqında
Çox sevdiyim bir kitab olanda istəyirəm danışdığım hər kəsə onu tövsiyə edim. Sevdiyim bir yazıçı olanda isə istəyirəm onu kitab oxuyan hamı tanısın. Hələ müəllif bizdə kifayət qədər tanınmırsa, bir az da onun dərdini çəkirəm) Son aylarda oxuduğum və hər kəsə tövsiyə etmək istədiyim 3 kitab haqqında qısa yazmaq istəyirəm. Yerli ədəbiyyatımızdan Əzizə Cəfərzadə qələmini çox sevirəm. Düşünürəm ki, onun kitabları ilə tanışlığım Azərbaycan ədəbiyyatı ilə bağlı ən xoş “kəşflərdən” biri olub. Aləmdə Səsim Var Mənim müəllifdən oxuduğum üçüncü kitab idi. Əsərlərindəki dil, hadisələrin təqdimatı, obraz və məkan təsvirləri o qədər canlıdır ki, özümü həmin hadisələrin içində hiss edirəm. Bu kitab Seyid Əzim Şirvaninin həyatından bəhs edir. Oxuduqca sanki mən də Şamaxıda onun yanında idim, məktəb açmaq uğrunda din adamları, cahil bir mühit ilə apardığı mübarizənin canlı şahidinə çevrilmişdim. İkinci kitab isə yeni nəşrlərdən olan Eşşəkli Kitabxanaçı dır . Kitab real hadisələr əsasında yazılıb və Türkiyənin bir kəndində kitabxanaçı işləyən Mustafanın hekayəsindən bəhs edir. O, uşaqları kitabla tanış etmək və oxumağı sevdirmək üçün əlindən gələni edir. Mustafa göstərir ki, insan bəzən çox məhdud imkanlarla belə böyük dəyişikliklər yarada bilər. Kitabsevərlər onun zəhmətini daha yaxşı anlayacaq, kitabdan uzaq olanlar isə bəlkə də mütaliənin nə qədər dəyərli olduğunu hiss edəcəklər. Növbəti kitab isə artıq sevdiyim müəlliflər sırasında yer alan Bernard Werber in Kraliçaların Diaqnolı əsəridir. Verberi daha çox elmi-fantastik əsərləri ilə tanıyırdım. Bu kitab isə mənə onun yaradıcılığının başqa tərəfini göstərdi. Əsərdə dünyagörüşləri və həyat prinsipləri tamamilə fərqli olan iki qadının həyatı təsvir olunur. Şahmatdakı ağ və qara fiqurlar kimi bir-birinə zidd olan bu iki obraz hadisələrə və siyasi proseslərə də şahmat
Duygu ve Düşünce