Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Ona görə də mən dünyanı 3 yerə bölmüşdüm. Bunlardan biri həmin dünya idi ki, mən orada qul kimi yaşayırdım, oradakı qanunlar yalnız mənim üçün kəşf olunmuşdu və buna baxmayaraq, onların heç birinə uyğun gəlmirdim. Məndən çox-çox uzaqlarda olan 2ci dünyada sən yaşayırdın və həmin dünya da hökumət qurmaqla, qanunlar hazırlamaqla məşğul idi və bu qanunlara əməl etməyənlərə də bərk əsəbiləşirdin. Nəhayət, 3cü dünya gəlirdi ki, orada da başqaları əmrlərdən, qanunlardan uzaqlarda xoşbəxt həyat sürürdülər. Mən isə rüsvay olmuşdum, sənin əmrlərini yerinə yetirirdim və bu da ona görə rüsvayçılıq idi ki, həmin əmrlər, təkcə, mənə aid olurdu.
Sən mənim ya dostum, ya şefim, ya əmim, ya babam, ya da lap elə(hətta, tərəddüd etsəm də) qayınatam olsaydın, özümü xoşbəxt sanardım. Ancaq bir ata kimi mənim üçün çox ağır oldun və ən çox da ona görə ki, qardaşlarım balaca ikən öldülər, bacılarım isə dünyaya gec gəldilər, deməli, bu ağırlığı tək çəkməli oldum, halbuki, belə ağırlıq üçün çox zəif idim.