Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
·
Puan vermedi
Ali Khayyam
Ali Khayyam
Başqa bir yorğunluq var sanki bu gün ruhumda Bir şəhər var, adını unutmuşam, xatırlat adını, çıxım gedim .Gəlib indi dizlərində uzanmaq var idi ,ulduzlara baxışlarınla baxışa da bilərdim halbuki ,Amma mən yüklənib ayaqlarıma evə gedirəm ... əlimdə də bir kilo alma
Bulud Bağçaları
Bulud BağçalarıAli Khayyam · Zero Nəşriyyatı · 201442 okunma
Bilən susur, susmayan bilmir Susub daxilimdə danışdım tükəndim
Reklam
Gəlişlərdən zəhləm gedir Çünki hər gəlişin bir gedişi yoxdurmu?
Səssiz sev
Elə bir varsan ki, həyatımda Yoxsan, yoxam Gözlərin səpələnib bu şəhərə İnanma mənə və... Və get bir gün Oyanıb tapa bilməyim üzünü Bir soyuq çay və siqaretdən sonra Gic bir gülümsəməylə Boynuma sənsizliyi keçirib asım özümü
Tez unudulan adamlar siyahısı
Sadəcə Elə gözəl ağlayırsan ki, Lap elə ölməyim gəlir...
Kəzzab
Aramızda bir qələmlik məsafə var əslində Təngi-nəfəs qaçdıqca uzaqlaşıram əksinə
Reklam
bir az və sadə
Keçə bilərsən həyatımdan? Bir az və sadə. Susaraq
Susacam
Rənglərimi itirmişəm elə bil Saatlarım sənsizliyə 5 dəqiqə işləyib Bu səhər bütün musiqiləri yandırmışam Susmuşam, susmuşam və susmuşam
150 syf.
10/10 puan verdi
·
Beğendi
·
16 saatte okudu
Çox sevdiyim o şairin axtardığım o kitabı...
Baxdım ki, bu kitab haqqında sadəcə bir nəfər incələmə yazıb, o da bir neçə cümlə. Amma bu kitabı bir neçə cümlə ifadə edə bilməz. Çox sevdiyim şairlərdən olan
Ali Khayyam
Ali Khayyam
ın qələmindən tökülən o möhtəşəm şeirləri insanı oxuduqca valeh edir, böyük bir təsir yaradır, dərin bir iz qoyur. Kitabdakı bəzi şeirlər onun "MadHouse Community"də olarkən və yaxud da sonralar albom daxilində və "single" şəklində paylaşılıb. Hamısını dinlədiyim, hətta bir neçəsini də səhifəmdə "ileti" kimi paylaşdığımdan bəzi hissələr artıq tanış idi, amma təkrar oxumağa da dəyərdi. Şairin məcazları, bənzətmələri insanı valeh edir, ayrılıq həsrəti, vətən sevgisi, ata ilə yaşana bilməmiş günləri, dostlarına müraciəti, anaya olan müraciətlər, kədər hissinin tərənnümü və s. bu kimi şeylər kitab boyunca bizə yoldaşlıq edir və qəribə hisslərin bizə hakim kəsilməsinə səbəb olur. Şeir kitablarını heç sevməyən biri olaraq deyirəm, bu kitab elə tez bitir, elə də uzun müddət təsir edir ki... Mənsə sizinlə sağollaşıram, əziz oxucular. Gününüz gözəlliyə, ömrünüz kitablara... Oxuduğunuz üçün təşəkkürlər!
Bulud Bağçaları
Bulud BağçalarıAli Khayyam · Zero Nəşriyyatı · 201442 okunma
Rənglər üsyanda
Of, bu neçənci yuxu oyanmadığım? Neçənci dəfə yoxsan? Unut demə, cəhənnəm ol "Bir ... deyil yaşamaq " Saralır ümidlərim Adını payız qoydum Sonuncu şeirimsən Bağladığım pəncərəmsən "Yaşamaq da bir ... deyil" Bu xaraba Qaraçı ümidlərimin sirdaşıdı Gəlməyəcəksən bilirəm Getmək ölməyin qardaşıdı
84 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.