Hər sətrini heyranlıqla oxuduğum bir kitab…
Ana dilimizin gözəlliklərindən ustalıqla istifadə edən şairin 10 poeması bu cildə daxil edilmişdir.
1) “Şəbi - hicran” - “Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?” misralarının müəllifi Məhəmməd Füzuliyə həsr olunmuş bu epik- lirik poema onun öz müəlliminin qızını sevməsi, məhəbbətdə uduzub şairlikdə yüksəlməsi və Kərbəlada vəfatını təsvir edir. Nakam eşqin təsirindən Nizaminin ölməz “ Leyli və Məcnun” unu dönə- dönə oxuyan Füzuli hamının bu təsirli hekayəti anlaya bilməsi üçün onu yenidən Azərbaycan dilində yazır.
2) “ Gülüstan” - lirik poemadır. 1813- cü ildə Gülüstan kəndində bağlanan Rusiya- İran sazişinə əsasən iki yerə parçalanan vətənə həsr olunan bir ağıdır.
Dayanıb Arazın bu tayında mən
"Can qardaş" deyirəm, o da "can" deyir.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim, yetən yerə əlim yetməyir... - deyə car çəkən Vahabzadə sərhədlərin önəmsiz olduğunu, ürəkləri birləşdirən körpünün hər şeyə rəğmən sarsılmaz olduğunu qeyd edir. Şəhriyarın yaralı misraları Vurğunun həsrət qoxan nəğmələri ilə birləşərək xalqın ruhunun dəmir çəpərlərlə bölünə bilməyəcəyini göstərir.
3) “ İstiqlal” - “ Gülüstan” poemasının davamı olaraq bir oxucunun istəyi üzərinə yazılan lirik poemadır.
Bir vahid millətə, iki hakimin
Dili doğmalaşdı...Bu lap ağ oldu.
Doğma anamızın şəkərdən şirin
Bizə öyrətdiyi dil yasaq oldu. - deyən ədibimiz öz yaradıcılığında çox mühüm bir yer tutan ana dili məsələsinə toxunur. Dövrdən ,zəmanədən etiraz motivlərinin yer aldığı əsərin sonunda B.Vahabzadə bir gün güneyli- quzeyli Azərbaycan xəritəsini görəcəyimizə dair ümidini ifadə edir.
4) “ Ağlar- güləyən” - Mirzə Ələkbər Sabirin həyatından bəhs edən poemadır.
Dəmiri döydülər... Qışqırığından
Qulaqlar tutuldu,