Bəxtiyar Vahabzadə - Deyilmi?
Ömür başdan-başa, beşikdən-qəbrə Həyat sevinci, qəmi deyilmi ? Ölüm bir ömürlük iztirabların- Ağrının, acının cəmi deyilmi ? Mənəvi dünyaya qalxıb ucalmaq Qanadlı duyğuya qismətdir ancaq. Beləysə, ömürdən, gündən kam almaq Hər kəsin arzusu, kamı deyilmi ? Keçir məqamlar da gündə yüz əldən Hansı gizli əldir pozan, düzəldən. Sənin güvəndiyin dənya əzəldən Əkilən, biçilən zəmi deyilmi ? Ayaqlar altında yer oldu tapdaq, Sirrini, məğzini bilmədik ancaq. Tapdıq etdiyimiz bu qara torpaq Əbədi mənzilin damı deyilmi ? Damımız üstündə gəzər, hey gəzər, Hərə ürəyincə bir mənzil bəzər. Torpağı sormaqdan etmədik həzər, Bu da ağlımızın kəmi deyilmi ? Ötəri mənzildə qədər hökm edər, Kimimiz bal içər, kimimiz zəhər: Əbədi mənzildə hamı - bir nəfər, Bir nəfər özü də hamı deyilmi ?
Şiir
Bəxtiyar Vahabzadə yazır ki: Dedim:susma,danış,din, Nə danışdın,nə dindin. Məhəbbətin oduna Mən yandım,sən isindin. Dillənsənə sevgilim Mən nə daşam,nə dəmir. Min ildə gözləyərdim Axı ömür gözləmir Sükutunla durmusan Ürəyimin qəsdinə. Söylə susan sevgilim Bu sükutun qəsdi nə?
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
....Bir rəngi yox, göylərin min rəngini sevirəm, Bir gülü yox, güllərin çələngini sevirəm, Mən çıxmağa təpə yox, uca dağ istəyirəm, Həyatı həyat kimi yaşamaq istəyirəm! ~ Bəxtiyar Vahabzadə
Edebiyat
Bəxtiyar Vahabzadənin dediyi kimi: “Neyləyirəm o ürəyi, bacarmırsa o sevməyi…” Bəzən elə bilirik ki, ən böyük ehtiyacımız sevilməkdir. Amma əslində ən böyük yoxsulluğumuz sevməyi bacarmamaqdır. Biz çox vaxt sevgini sözlərdə axtarırıq, halbuki sevgi ən səssiz davranışdır. O, bəzən sadəcə birini başa düşmək cəhdidir bir başqasının susqunluğunu dinləmək, görünməyən yorğunluğunu öz qabırğanın altında hiss etməkdir. Sevmək çətin deyil, sadəcə öz "mən"inin hüdudlarını aşa biləcək qədər cəsarət istəyir. Və biz bu cəsarəti itirdikcə, ürəklərimiz vitrin kimi dolu görünür, amma içində yaşanan heç nə qalmır. İnsan nəyi sevirsə, bir az da odur. Əgər sevməyi bacarmırıqsa, problem ürəyimizin yoxluğunda deyil, onu sevgisizliyə məhkum edib paslandırmağımızdadır. Çünki sevmək insan qalmağın yeganə yoludur. Həqiqətən sevib-sevilməyiniz diləyi ilə. Özünüzə yaxşı baxın. (28 aprel 2026)
Mikayıl Müşfiq soruşur: "İnsan niyə dəyəri yalnız itirəndə anlayır?" Bəxtiyar Vahabzadə cavab verir: "Çünki göz, nurun qədrini ancaq qaranlıqda bilir."
1000Kitap
Bəxtiyar Vəhabzadənin bir misrası var: "Arvadına 'az' deyənlər, özgəsinə 'xanım' deyir." Bu misralar qarşıma çıxanda bir daha anladım ki, biz ciddən çox gülünc vəziyyətdəyik. Şairin illər öncə toxunduğu o ikiüzlülük bu gün "vəzifə pərəstişkarlığı" ilə daha eybəcər bir hala gəlib. Mənim üçün insanın dəyərini daşıdığı vəzifə ilə ölçmək həyatda ən dözülməz haldır. Sevmək məcburi deyil, amma hörmət hər kəsin haqqıdır. Amma bizdə necədir? Cibində pulu, əlində möhürü olan, peşəsi müəllimliklə yaxından-uzaqdan əlaqəsi olmayan hər kəsə "müəllim" deyib əl-ayağa düşürlər. Maraqlıdır, ömrünü bir nəsil yetişdirməyə həsr edən əsl müəllimə məktəb dəhlizində eyni hörməti qoyuruqmu? Yoxsa əsl fədakarlığın qarşısında dik durub, sadəcə işimiz keçən o "vəzifəli müəllimlərin" qabağında əyilirik? Əgər bir insanın masası böyüdükcə sizin nəzakətiniz də böyüyürsə, deməli, siz o insana yox, o masanın ayaqlarına hörmət edirsiniz. Evdə ən doğmana "az" deyib, çöldə güc sahibinə təzim etmək nəzakət deyil, sadəcə mənfəət dilənçiliyidir. Gülüncdür, həm də çox... Amma ən pisi budur ki, bu rəzaləti "hörmət" adı ilə sırımağa çalışırıq.
Duygu ve Düşünce