7/10
·408 syf.··
Beğendi
·
2023 8. kitabı
" Hafizə etibar olunası hadisə deyil, bu baxımdan əlinizdəki kitab öz keçmişinin əhəmiyyətini dərk edən biri üçün əsl xilasdır." "Divandakı yalançı", "Nitsşe ağlayanda" və "Şopenhauer dərman kimi" kitabları ilə qələminin gücünü nümayiş etdirən və yazar kimi özünü təsdiq etmiş populyar psixoloq İrvin D. Yalom "Mən necə özüm oldum" (Becoming myself) kitabı ilə öz həyatının ən vacib məqamlarını əks etdirib. Bu memuar sayəsində psixoloqun uşaqlıq xatirələrinə yol tapa bilirik. Beləliklə, İrvinin zamanla həm insan kimi, həm də psixoloq kimi inkişaf yolunu özü ilə birlikdə analiz edirik. Kitabın ilkin qədəmlərində Yalomun anası ilə bağlı xatirələrini və onunla bağlı sərt fikirlərini, sona doğru isə yaşlanmış və həyatda təcrübə qazanmış ahıl Yalomun anasını getdikcə daha çox anlamağa başlamasını müşahidə edirik. Anası ilə bağlı sərt düşüncələrindən utanan və özünü tam tərəfsiz şəkildə müzakirə edən psixoloqun səmimiyyətini hiss etməmək mümkün deyildi. Atasının var və yox arası şəxsiyyətə sahib olması İrvini narahat edirdi və xatirələrində anasına nisbətdə daha az yer alırdı. Kitabı oxuyarkən ən sevdiyim və bir insan olaraq rəğbət bəslədiyim, Yalomun həyat yoldaşı Merilinə qarşı olan sevgisi və heyranlığı idi. Hətta övladları da bildirir ki, atası və anası onları çox sevsələr belə, hər zaman öz aralarında olan sevgini bir pillə daha üstün tutublar. Düşünürəm ki, məhz buna görə cütlük uzun illər birlikdə qalmış və fərqliliklərinə rəğmən bir-birlərini sevməyə davam etmişlər. " Mən Merilinlə altmış üç ildir evliyəm və çox yaxşı həyat yoldaşım olduğuna görə öz taleyimə minnətdarlıq etmədiyim gün az olur. Ancaq mən elə hər dəfə başqa insanlara dediyim kimi, münasibəti axtarmırlar, münasibəti qururlar. Bütün onilliklər ərzində hər ikimiz bu gün malik olduğumuz nikaha sahib olmaq
Psikoloji
Bir Psikiyatristin AnılarıIrvin D. Yalom · Pegasus Yayınevi · 20174,877 okunma