Oxuduğum ilk Sabahattin Ali kitabı bu oldu.İlk olaraq niyə bununla başladığımı bilmirəm.Düzü əsəri fərqli təsəvvür etmişdim oxumazdan əvvəl daha çox psixolojik bir şeylər gözləyirdim.Əsər bir birindən müstəqil hekayələrdən ibarətdi və hər hekayə də Anadolu bölgəsində baş verir,lakin spesifikliyi ilə çox fərqlənməyən ümumi düşüncələrdə mövcud problemlər nəzərə alınır.Hekayələr niyəsə mənə çox səmimi gəldi (türk boyu olduğumuz üçün və türklərə(Türkiyə xalqına) *çox* yaxın olduğumuz üçün beləmi hiss elədim yoxsa başqa səbəbdən mi bilinməz). Hekayələrdə həqiqi məhəbbət,cahillik,xəsislik və bəzi əxlaqi mövzulara xüsusi olaraq toxunulur. Əsəri orjinal dildə oxuduğum üçün bir az müəllifin əsərdə ən mükəmməl bacardığı şey olan peyzajları anlamaqda xeyli çətinlik çəksəm də ümumi məzmuna təsir eləmədi . Yekun olaraq fikrimcə 10 üstündən 7 ballıq bir kitabdır.