Həyat əzbərlənmiş düstur deyil ki, hesablayıb hər dəfə eyni nəticəni alasan. Həyat – deyildiyi kimi sürprizlərlə doludu... Həyat – deyildiyi kimi, qapıları bağlasa da pəncərələri açıq qoyur...
Zaman hər şeyi həll etməsə də çox şeyi həll edir, dəhşətli ağrıların yerini kövrək xatirələr alır bir gün həqiqətən elə bir an gəlir ki, bitdi deyə ağlamaq əvəzinə yaşandı deyə sevinməli olduğunu anlayırsan... Sevinməlisən ki, sən ömürdə bir yol olsa belə xoşbəxtlik dağının zirvəsinə çıxmısan...