Sima

Sima
Bakı
12 Eylül 1996
100 okur puanı
Ağustos 2021 tarihinde katıldı

Sima

, bir kitap okudu
Puan vermedi·168 syf.·
2023 12. kitabı
Johann Wolfgang Von Goethe
7.5/10 · 150bin okunma
Reklam
Puan vermedi·240 syf.··
2023 8. kitabı
·
22 saatte okudu
·
Okunma: 05 Ekim 2023 10:25
Hər kəsə Salamlar Sizə çox bəyəndiyim, tez oxunabiləcək, bol alıntıları içində cəmləyən, dərin mənalı və real hadisələr üzərinə yazılmış dəyərli kitab təqdim edirəm. Viktor F. Psixologiya tarixində loqoterapiyanın banisi kimi tanınan avstriyalı psixiatrdır. O 1942- ci ildə nasistlər tərəfindən əsir götürülərək ölüm düşərgəsinə göndərilir. Bu kitabı azad olduqdan sonra qələmə alır. O konslagerdə olan təəssuratlarını insanlara çatdırmağa çalışır. O həmçinin əsrlikdən qabaq intihar əleyhinə uğurlu proqram təsis etmişdi. O zamanlar Almaniyanın kolleclərində tələbələr aşağı imtahan qiymətlərinə görə intihara cəhd edirdilər. Frankl bildirir ki, intihar mənasızlığın ən yüksək həddidir, o, heç vaxt problemi həll etmir və yaxud hayatın qarşımıza çıxardığı suala cavab vermir; tələbələr aşağı qiymətlərə həyatlarını fəlakətə sürükləyən bir kabus kimi deyil, əksinə, onları çalışqanlığa, irəliləyişə, həyat uğrunda mübarizəyə səsləyən bir amil kimi baxmalıdırlar. Mənbələrdən aydin olur ki, Franklın proqramı fəaliyyətinin ilk ilində intihar cəhdlərinin sayını sifira endirmişdi. Həyata "hə" demək.. Bunlar Viktor Franklin əsir olduğu dörd həbs düşərgəsində, o cümlədən məşum Buhenvaldda dustaqların piçiltı ilə oxuduqları bir mahnının sözləridir. Həmin mahnının çox qəribə əhvalatı var. 1937-ci ildə siyasi dustaqların saxlanılması üçün tikilmiş Buhenvaldin ilk rəislərindən biri düşərgə üçün mahnı bəstələnməsinə əmr verir. Ağır əmək və qida çatişmazlığından əziyyət çəkən dustaqlar mahnını təkrar-təkrar oxumağa məcbur edilirdilər. Düşərgədən sağ çıxmış şəxslərdən biri deyir ki, onlar "bütün nifrətləri"ni mahnıya axıdırdilar. Lakin bəziləri üçün mahnının sözləri, xüsusən də aşağıdakı sətirlər ümid ifadə edirdi: Gələcəkdə bizi nə gözləyirsə gözləsin, Həyata "hə" deməyi bacaraq! Çünki o gün
1000Kitap
Həyata HƏ DeməkViktor E. Frankl · Qanun Nəşriyyatı · 2019102 okunma
10/10
·128 syf.··
Beğendi
·
2021 37. kitabı
İllər öncə oxusam da duyğusal mövzusuyla ağlımdan çıxmayan o minik kitab. Kitabda yoxsulluq, duyğuların həyatımızdakı rolu, irqçilik kimi mövzular yer alır. Hadisələr Californiyada cərəyan edir. Lennie və Corc adlı iki ən yaxşı dostun mənfəətsiz ( çıkarsız) dostluğundan bəhs edən bir kitabdır. Lennie iri bədənli,gözəl, əqli cəhətdən zəif, təmiz qəlbli bir insan, Corc isə qısaboylu, ağıllı bir insandır. Daim gəzib-dolaşır və həyatlarını davam etdirmək üçün tarlada nə tapırsa edirlər.Onlar üçün həyat, qalmaq üçün bir yer və doymaq üçün işləməkdən ibarətdir. Onun uşaq zehni və yumşaq şeylərə marağı başına bəlalar gətirir. Sevmək istəyir, uşaq ağlı və saflığı ilə sevdiyi halda, canlılara zərər verir. Sevib incidərək öldürür. Lennie dovşanlara aludə olur və onlara böyük maraq göstərir. O, Corcuya davamlı olaraq dovşan ferması almaq arzusundan danışır.Və həmin ferma iki dostun taleyini dəyişir.O, ferma sahibinin arvadını istəmədən sevərkən boynunu qırır və onun ölümünə səbəb olur.Və sırf yaxın dostunu qorumaq üçün Onun yaralanmasına imkan verməyən Corc tapança ilə Lenninin boynunu vurur.Hekayəmiz onun güllələnməsi ilə bitir.Oxudum məmnuniyyətlə.Unutmayaq ki, əqli qüsurlu insanların da yaşamaq haqqı var. Onları linçləmədən, xor görmədən humanist duyğularla devib sahib çıxmalıyıq. Diqqətimi çəkən əsas hissələrdən biri də qaradərili obrazın gördüyü münasibət və vəziyyətin incəliklə vurğulanmasıdır. Təbii ki, tövsiyyə edirəm oxumağı. Bir necə saata bitirə bilərsiz. Xoş mütaliələr
1000Kitap
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Nəşriyyatı · 2016211,5bin okunma