Sima

Sima
Bakı
12 Eylül 1996
100 okur puanı
Ağustos 2021 tarihinde katıldı

Sima

, bir kitap okudu
Puan vermedi·392 syf.·
Beğendi
·
2023 4. kitabı
Irvin D. Yalom
8.3/10 · 2.594 okunma
Reklam
Puan vermedi·71 syf.··
Beğendi
·
2021 59. kitabı
·
3 günde okudu
·
Okunma: 03 Aralık 2021 15:49
Monte Carloda həmişəki gecələrin birində qumarda hər şeyini itirmiş uğursuz bir doplomat Mrs. C - nin diqqətinə səbəb olur. O qeyri- ixtiyari həmin adamın intihara addımlağından qorxaraq və təşəbbüsünü təxmin edərək adamı izləyər. Onu intihardan xilas etsə də, səhər onunla oyandığında hər şeyin yalnış olduğunu düşünən qadın vidalaşmaq və kömək üçün ona yenidən pul və qatar bileti təklif edər. Olanlardan sonra adamın rahat şəkildə bunları qəbul etməsi Mrs C. üçün həyəcan və həvəs acıya çevrilər. O bu hissləri yenidən yaşamaq üçün qumarxanaya təkrar üz tutduğunda həmin adamın yenidən masada ona verdiyi pullarla qumar oynadığını görər və xəyal qırıqlığı ilə üzbəüz qalar. Qadın ona yaxın gəlsə belə adamın gözü qumardan başqa heçnəyi görmür. Mrs C. onu masadan qaldırmağa cəhd etdiyində adam ona hər kəsin içində aşağılayıcı bir reaksiya verər. Bu andan sonra Mrs. C olanları silmək xatirinə yola düşər. İlkin olaraq şəhəri tərk edir o anı unutmaq ya da yox olmaqdan bir şey arzulamır. Aradan 24 il keçməsinə baxmayaraq, 24 saatda yaşadıqlarını unutmur. O 24 saatda yaşadıqları onun həyatını kökündən dəyişir. Sonu xəyal qırıqlığı ilə nəticələnsə də Stefan Zveyqin kişi olaraq, qadın hisslərinin incəliklərinə qədər izah edib anlaması təəccübə səbəb olur. Hər yaratdığı obrazda insan özündən nəsə tapır. Qısa amma duyğu yüklü hekayələriylə qəlbimizə və beynimizə tez və sürətli təsir göstərməsi məncə empatiya bacarığının çox güclü olmasından irəli gəlir. Bir çox kitablarını oxuyaraq deyə bilərəm ki, bütün kitablarını dəyərləndirin.
1000Kitap
Bir Kadının Yaşamından Yirmi Dört SaatStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2024150,9bin okunma
9/10
·88 syf.··
Beğendi
·
2021 13. kitabı
Bu kitabı oxuyarkən insan Kafkanın əlini tutub, onunla danışmaq, təsəlli etmək, gözyaşlarını silmək ya da bilmirəm üzünü güldürmək istəyir. İnsan Kafkanı bu kitabdan sonra xoşbəxt görmək üçün beynində kaşkilər canlandırır hətta onu güclü belə görürsən. Tanıyırmışsan kimi " Kafka, sən güclüsən, xoşbəxtliyə layiqsən." deyə bilməmək çox incidir insanı. Kafkanın atasına yazdığı məktublarında standart ata- oğul problemindən fərqli olaraq daha sarsıdıcı, hüzünlü, acılı bir münasibət görürük. Atasına demək istədiyi amma qorxularına görə buna cəhd etməməsi, mənəvi və psixoloji şiddət görməsi, uğursuzluqlarını və atasına oxşamadığı üçün özünün günahlandırmasını tez - tez yazdığı məktublarında görə bilərik. Atası Kafkanın öz qəlibinə salmağa, ona görə bir həyat yaşamasını istəyir. Kafkanın hisslərinin , istəklərinin, düşüncələrinin bir əhəmiyyəti yoxdur. Buna görə də onlar dəvamlı qarşıdurma halındadırlar. Hətta atasının işçilərinə pis davranmasına görə belə özünü günahkar hiss edərək  bunu telafi etməyə və işdən də qorxmağa başlayır. Yaş keçdikcə daha dəyərsiz hiss edir. Kafkanın özünü hər şeydən səbəbkar tutması, özünə güvənsizliyi, inamsızlığı heç kimlə bütünləşməməyinə yol açır.
1000Kitap
Babaya MektupFranz Kafka · Maviçatı Yayınları · 202053,9bin okunma
Puan vermedi·220 syf.··
Beğendi
·
2023 2. kitabı
·
29 saatte okudu
·
Okunma: 24 Şubat 2023 21:03
Ryan Holiday - Ego düşmanındır. Öz daxili aleminə səyahət edən, öz egosunu sorğulayan Ryan Holiday- in özü ilə başlayan bir kitabdır. Onun bu kitabı ərsəyə gətirməkdə əsas məqsədi özünü bir üst səviyyəyə çatdırmaq istəyən insanlara egodan xilas olaraq daha asan və tez yolu qət etməyin mümkünlüyünü izah etməyə çalışır. Bunun üçün özündən savayı tarixi, tanınmış və oxşamaq istəyimiz insanları incələyərək egonun məqsəd, uğur, tənəzzül, depressiya və s. yollarında nələrə səbəb olacağını ortaya qoyur. Bizim inkişafımız və ya uğursuzluğumuz xarici və daxili dəyişikliklərə bağlı olaraq dəyişə bilər. İçsəl olaraq hər şeyi dəyişmək öz əlimizdədir. Ego da bunlardan biridir. İstəyərək gözlərimizə pərdə asmağa, uğursuzluqlarımıza haqq qazandırmağa, hərəkətə keçməməyimizə səbəblər yaradan ən böyük düşmən olaraq içimizdə oturur. Ego uğursuzluqlardan qorxur. Sizi səhvlərinizdən dərs çıxararaq təkrar cəhdinizə əngəl olur. Ego təriflənməyi sevər, zəifliklərinizi aşkarlamağa çəkinər, nöqsanlarla üzləşməkdən qaçar. Egosuz isə o nöqsanlar üzərində işləyərək onu bit uğura çevirə bilərsiz. Konfor egoyla əl- ələ gəzir. Özünüzü əziyyətə verib yeni işlər, bilgilər arxasında qaçmırsınızsa, konfor zonasında yaşayaraq egoya işləyirsiniz. Oxunulması gərəkən bir kitabdır, hansı ki, içindəki tanıdığımız və tanımadığımız şəxsiyyətlərin çöküş və yüksəliş dövrlərini detallı oxumaq belə insana zövq və həvəs verir.
1000Kitap
Ego DüşmanındırRyan Holiday · Mediacat · 2017333 okunma