Maraqlıdır.
Hər bir insan həyatda bir sıra gözlənilməz hadisələrlə üzləşir. Müxtəlif hadisələrin baş verməsini əsla gözləməyən kəslər belə hallarda özlərini itirirlər. Bəli, gözlənilməz hadisələr fərdi həyatda, ölkənin siyasi ictimai vəziyyətində böyük dəyişikliklər yaradır, insanların şirin röya xülyalarını bir-birinə qatır, mütəfəkkirləri, ağıl sahiblərini heyrətə salır. Belə vəziyyətdə insanın qarşısına çıxan sual bu olur: "Bu hadisələrin mənşəyi haradandır? Həyatın nəbzi kimin əlindədir? Əgər yaxşı, yaxud pis yaşamaq bəşərin öz əlindədirsə, görünməz amilin və başqasının əlində deyilsə, onda nə üçün çox vaxt insanların qərar və tədbirləri istənilən kimi olmur? Görəsən, bütün şərait hasil olandan sonra insanların dözülməz fəaliyyətlərini, zəhmətlərini son anda puç edən nədir? Bu vaxt insanın təfəkküründə fəlsəfi düşüncələr yaranır, zaman keçdikcə, hadisələr təkrarlandıqca və düşüncələr möhkəmləndikcə, bu fikir daha da inkişaf edir, ixtiyar və azadlıq, yaxud qəza-qədər məsələsi qarşıya çıxır, hər bir insan bu elmi problemin həlli yolunu axtarır.
Əgər biz "həyatda insanın özündən başqa bir amil onun taleyini dəyişmir!" - deyiriksə, məqsəd sırf insanın ixtiyarına aid olan rəftar və əməllərdir. Belə olduqda, insanın ixtiyarından xaric olan, bəzən də həyatı əvəz edə bilən amillər bizim mövzumuza aid deyildir. Çünki bəşər bu hallarda taleyə insansa da, inanmasa da, mütləq ona düçar olacaqdır. Təbii hadisələr, zəlzələ, və viranedici sellər bir çoxlarının həyatını dəyişdirir. Lakin bu hallardan başqa vaxtlarda insanın taleyi öz əlindədir. O, öz əməlləri ilə taleyini cızır və onun bugünkü hər bir əməli gələcək taleyi ilə birbaşa əlaqədardır. Beləliklə, bizə hakim kəsilən hər hansı bir vəziyyət, rejim və yaşayışımızı təmin edən iqtisadi qurumlar bütünlüklə kütlənin əməl və istəyindən doğur.
Reklam
Həzrət Əlinin(ə) xidmətləri
Həzrət Əli (ə)-ın etdiyi çoxlu vəqflərin və vəqfnamələrin adları tarix və hədis kitablarında qeyd olunmuşdur. Bunların əhəmiyyətində onların illik gəlirinin qırx min dinar olmasını qeyd etmək kifayətdir. Bu da bütünlüklə yoxsullara sərf olunurdu. Bu qədər gəlirin olmasına baxmayaraq, həzrət Əmirəl-möminin Əli (ə) öz məişət və yaşayış xərclərini təmin etmək üçün çarəsizlikdən qılıncını satmağa məcbur olurdu.
İmam Əli(ə) malı ilə cihadda da ən öndə idi
Əli (ə) digər xidmətləri və fəzilətləri kimi bu sahədə də hamıdan öndə idi, beytül-mal ilə yox, öz qazancı ilə min nəfər qul alıb azad edə bilmişdi. Imam Sadiq (ə) bunu təsdiq edərək buyurdu: "Əli (ə) öz əlinin qazancı ilə min nəfər qul azad etmişdir."
"Əgər Əli olmasaydı Ömər həlak olardı."
Bir nəfər öz arvadından Ömərə şikayət edərək dedi ki, o, evlənəndən altı ay sonra uşaq doğmuşdur. Qadın da bunu qəbul edərək bildirirdi ki, əvvəllər heç kimlə əlaqədə olmayıb. Xəlifə hökm verdi ki, gərək arvad daş-qalaq edilsin. Lakin Imam (ə) bu cəza tədbirinin icra olunmasına mane oldu və dedi ki, Quranın nəzərincə qadın altı aylıq uşaq doğa bilər. Çünki hamiləlik və südəmərlik dövrü otuz ay müəyyən edilmişdir.1 Başqa bir ayədə isə təkcə südəmərlik dövrü iki il qeyd olunur.2 Əgər otuz aydan iki ili çıxsaq, hamiləlik dövrü altı ay olar. Ömər Imam (ə)-ın məntiqini eşitdikdən sonra dedi: "Əgər Əli olmasaydı Ömər həlak olardı."
Fədək məsələsi
Xəlifəni Peyğəmbər (s)-in qızının sözünü təsdiq etməyə qoymayan iş məhz Ibni Əbil-Hədidin öz ustadı və Bağdadın müdərrisi Əli ibni Fardan nəql etdiyi mətləbdir. O, deyir: Mən ustadıma dedim:–Zəhra öz iddiasında doğru idimi? Dedi:–Bəli. Dedim:–Xəlifə onun düzdanışan bir qadın olduğunu bilirdimi? Dedi:–Bəli. Dedim:–Nə üçün xəlifə onun danılmaz haqqını özünə qaytarmadı? Bu vaxt ustadım gülümsəyib vüqarla dedi:–Əgər o gün onun sözünü qəbul edərək doğru danışan bir qadın olduğuna görə şahid istəmədən Fədəki ona qaytarsaydı, sabah bu mövqedən öz əri Əlinin xeyrinə istifadə edib deyəcəkdi ki, xilafət Əliyə məxsusdur. Bundan sonra da xəlifə çıxılmaz vəziyyətdə qalıb xilafəti Əliyə tapşıracaqdı. Çünki, onu (özünün bu işi ilə) doğruçu bilirdi, lakin münaqişəyə son qoyulsun deyə, onu öz danılmaz haqqından məhrum etdi.
Reklam
116 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.