Öp omuzundan
Ən pis ovqatınızda gülümsəyin. Ən kədərli halınızda gülümsəyin. İşləriniz düz gətirmir? Gülümsəyin! Xətrinizə dəyirlər? Gülümsəyin! Yolla gedirsiz, gülümsəyin. Tənhasız? Gülümsəyin! Kiminsə sizi gəlib xoşbəxt etməsinə gərək yoxdur. Özünüzə yetə bilməyi bacarın, özünüzlə münasibətiniz yaxşıdısa, qalan hər şeyin canı cəhənnəmə. Görmək istədiyiniz dəyəri özünüz özünüzə verin🤗
Yaxşı ki...
Bəlkə eyni şeirdə ölmüşük ikimiz də? Hə? Yox. Mən şeir oxumuram. Şair də deyiləm heç. Üç beş cümlə yan-yana Beş on səhifə. Nə də ki sən şeir sevmirsən. Amma yenə də bizi birləşdirən şeirlərdi. "Bizə" yazdığım şeirlər. Nə deməliyəm, ha? Bu dəqiqə nə deməliyəm? Hə bildim. Yenə boş boş yalanlar uydurmalıyam. Yenə planetlər. Yenə uzaqlıq. Yenə soyuqluq. Əllərim sənə çatmırsa Lənət olsun bütün o yollara. Səsini eşidə bilmirəmsə Nəyə lazımdı o böyük hayqırışlar? Nəyimə gərəkdi mənim o ulduzlar? Eyni planet bizə çox gəlirsə Nəyimə lazımdı uzaqlıqlar? Soyuqdu. Çox soyuq. Bilirsən? Hə.
Şiir
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Qaranlığı yazanın gecəsi - Habil Yaşar
“Qaranlığı” yazanın gecəsi... Ax, o qədər yorulmuşam ki...Qələmi sındırıb, kağızı da cırmaq istəyirəm. Ax, deyəsən həqiqətən yorulmuşam, özü də lap çox. Yorulmaq nədir ki... Ondan da betər olmuşam. Usanmışam, bezmişəm, lap cana gəlmişəm. Bir qədər köks ötürdükdən sonra: İlahi, gör nə qədər havalanmışam ki, kompüter qarşımda dura-dura yazıq qələm-kağızı danlayıram. Axı çoxdandır kompüterlə yazdığımı da unutmuşam. Bunu bildiyim halda nədən qələm-kağızı günahlandırdım ki...Xeyr, onların zərrə qədər də günahı yoxdur. Günahkar, bəli, günahkar məhz kompüterdir. Ax səni kompüter, insan icadı olmağına baxmayaraq, deyəsən yavaş-yavaş insanı da üstələməkdəsən. Üstələ, üstələ görək axırda nə edəcəksən. Ya sonumuza çıxacaqsan, ya da sən də biz insanlar kimi, özün-özündən yorulacaqsan və günlərin birində kompüteri yaratdıqları üçün biz insanları danlayacaqsan, necə ki, biz də bəxtimizdən şikayət edib, bizi yaradanı, yəni Allahı müqəssir bilirik. Ax, qarışdırdım, hər şeyi bir-birinə o qədər dolaşdırdım ki, lap həftəbecər elədim. İndi mən yazmaq istəyərkən kompüterin nə günahı var ki...Ey qələm-kağız və ey kompüter, hər birinizdən dönə-dönə üzr istəyirəm. Günahkar, bəli, əsl günahkar elə mən özüməm. Bəli, mən günahkaram, özü də xalisindən. 1.4 kqlıq beynimi o qədər yükləmişəm ki, milyon, bəlkə də milyard kompüter ola bu yükü üzərinə götürə bilməz, error verərək fəaliyyətini dayandıra bilər. Ah, nə isə, yaman çox zəvzəklədim. Axı mən yazmalıyam. Gecənin bir aləmi (kompüterində saat 00:25 göstərir) yuxuma haram qatmağımın səbəbi yazmaq deyilmi... Elə isə yazmağı bir kənara qoyub nədən başqa şeylər haqqında düşünürəm... Nə isə, başladım yazmağa. Ya Allah. Ya Allah demişkən, bir şey yadıma düşdü. Ah, yenə fikrimi dağıdacağam deyəsən. Hə harda qalmışdım?... Ya Allah
Edebiyat