Belə baxış olmaz, belə göz olmaz, Allâh, gözlərə bax, nə gözəl baxır. Belə atəş olmaz, belə köz olmaz, Allâh, gözlərə bax, nə gözəl baxır. .... Haqqın dərgahından enən işıqdı, Ömrə naxış vuran bir yaraşıqdı. Mən gül ağacıyam, o sarmaşıqdı, Allah, gözlərə bax, nə gözəl baxır. Bilmirəm nə zaman qarşıma çıxdı, Qarımı əritdi, dağımı yıxdı. Mən canı cəhənnəm, millət yazıqdı, Allâh, gözlərə bax, nə gözəl baxır. Sarayam, daşlarım tökülüb gedir, Ciyərim canımdan sökülüb gedir. Mən ağlar qalmışam, o gülüb gedir, Allâh, gözlərə bax, nə gözəl baxır. Baxışlar nə qədər həlim olarmış, Gözün zarafatı zülüm olarmış. Zülümün axırı ölüm olarmış, Allâh, gözlərə bax, nə gözəl baxır. Ürək yüz parçadı, könül yüz para, Bir gözəl gözündə çəkildim dara. Öldürməz, əlindən canım qurtara, Allâh, gözlərə bax, nə gözəl baxır!!!
Sayfa 61 - 4.cilt
Gözümün işığına
Belə baxış olmaz, belə göz olmaz, Allah, gözlərə bax, nə gözəl baxır! Belə atəş olmaz, belə köz olmaz, Allah, gözlərə bax, nə gözəl baxır! Göylər ulduz verib, Ay verib ona, Yerlər çeşmə verib, çay verib ona. Peyğəmbər nurundan pay verib ona, Allah, gözlərə bax, nə gözəl baxır! Haqqın dərgahından enən işıqdı, Ömrə naxış vuran bir yaraşıqdı. Mən gül ağacıyam, o sarmaşıqdı, Allah, gözlərə bax, nə gözəl baxır! Bilmirəm nə zaman qarşıma çıxdı, Qarımı əridib, dağımı yıxdı. Mən canı cəhənnəm, millət yazıqdı, Allah, gözlərə bax, nə gözəl baxır! Sarayam, daşlarım tökülüb gedir, Ciyərim canımdan sökülüb gedir. Mən ağlar qalmışam, o gülüb gedir, Allah, gözlərə bax, nə gözəl baxır. Ürək yüz parçadı, könül yüz para, Bir gözəl gözündə çəkildim dara. Öldürməz, əlindən canım qurtara, Allah, gözlərə bax, nə gözəl baxır.
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Axı ən qatı canilər belə insan şüurunu rahatlıqla ram edib özünə tabe edir və qurbanını öncə dadlı yem olaraq hazırlıyır,öz ayağı ilə sobaya addımlamağına zövqlə tamaşa edir.O özünü yormur.Hətta qurban onun köləsi olmaq üçün yalvarmağa başlayır və cani öz qələbəsindən həzz alaraq yemini diri-diri qizardaraq cəhənnəm süfrəsində iştahla yeməyə başlayır
Ya Rəbbim sənə bir şikayətim var, Bir bəndən yaşatdı kədər qəm mənə. Mən ona dünyanı cənnət eylədim, O etdi dünyanı cəhənnəm mənə. Sən məni bilirsən, necə sevmişəm, Bu sevgi çox gözü belə kor edib. Görənlər soruşur nə olub gözə, Deyə də bilmirəm bir nankor edib. Qıymaram mən ona bir zərər gələ, Sevgidə mən ona bel bağlamışdım. Bir dəfə barmağı çox ağrımışdı, Xəbəri yox idi çox ağlamışdım. Demirəm sən ona bənzəri yaşat, Gözünün önünə gəlim sadəcə. Baxsan ki, düzəlmir canı sağ olsun, Sən mənə ölüm ver, ölüm sadəcə.
«Məyazar muri кi, danəкəşəst Кi, can darədu cani-şirin xоşəst». “Dən daşıyan qarışqanı da incitmə, çünкi оnun da canı var, can isə şirin və xоşdur” (Sədidən).
Məyazar muri кi, danəкəşəst Кi, can darədu cani-şirin xоşəst.
Mənası-> “Dən daşıyan qarışqanı da incitmə, çünкi оnun da canı var, can isə şirin və xоşdur” (Sədidən).·Kitabı okudu
Şiir