Yan-yörəsi cızıq-cızıq,
sınıq-salxaq partalarda böyümüşük biz!
Azadlığın yeri vardı -
atraksiyon əyləncələr, stadionlar!
Böyüyürdük gizli-gizli,
duyğumuzu, arzumuzu sıxıb saxladıq...
Adımıza hər şey üçün
qərar verdi, ölçdü-biçdi, istədi onlar!
Nə etdiksə, günah oldu!
Kişi olduq, qadın olduq, uşaq olmadıq!
Minnətləri silah oldu:
mən doğmuşam, mən əkmişəm! - Bu nə sərzəniş?
Özümüzdən utandıq e!
Geyinmədik, soyunmadıq, nəslə ar olar!
Sevilmədik, sevmədik ki,
sevginin də adı vardı - tərbiyəsiz iş!
Sual etdik, dinmədilər.
"Işş!" dedilər, sus dedilər, yatızdırdılar!
İçimizdə qorxa-qorxa
üz divara, göz yumulu yatdıq haçandı!
Doğulandan çiynimizə
yük etdilər babalardan nə qalmışdısa!
Körpə-körpə bədənimiz
Qafqaz idi, İslam idi, Azərbaycandı!
Baş qaldırdıq, silah səsi,
kəfən, tabut, meyit gəldi hər yanımızdan!
Onillərə bəhanəydi