Puan vermedi·336 syf.··
Beğendi
·
2026 23. kitabı
Ukrayna yazıçısı Andrey Kurkovun Grey Bees (Gri Arılar) romanı 2014-cü ildə başlayan Donbas müharibəsi dövrünə aiddir. Romanın hadisələri Ukraynanın şərqindəki Donbas bölgəsində, Ukrayna hökumət qüvvələri ilə Rusiya tərəfdarı separatçılar arasında gedən silahlı münaqişə fonunda cərəyan edir. Bu müharibə nəticəsində bəzi yaşayış məntəqələri cəbhə xətti arasında qalmış və "boz zona" adlandırılan ərazilərə çevrilib. Əsərin qəhrəmanı Sergeyiç də məhz belə bir kənddə yaşayır və müharibənin adi insanların həyatına təsirini öz gündəlik həyatı vasitəsilə göstərir. O, nə siyasi mübarizənin içindədir, nə də ideoloji tərəf tutur. Onun əsas qayğısı arılarını və öz həyatını qorumaqdır. Bu kənddə cəmi 2 sakin qalıb. Əsəri oxuyanda gürcü filmi “Mandarinlər” filmi yada düşür, amma burada filmdəki kimi iki düşməni bir evdə saxlamaq söhbətləri yoxdur. Əsərin qəhrəmanının fikri sadəcə öz arılarını qorumaqdır. Əsərdə arılar simvolik məna daşıyır. Arılar sərhəd, milliyyət və ya siyasi mövqe tanımırlar; onlar sadəcə yaşayır və öz işlərini görürlər. Bu baxımdan arılar insanlardan fərqli olaraq müharibənin yaratdığı nifrət və bölünmədən uzaqdırlar. Müəllif onların vasitəsilə təbiətin saflığını və həyatın davamlılığını vurğulayır. Əsərin əsas mesajlarından biri budur ki, müharibə insanı ucaltmır; sadəcə onun nəyə tutunduğunu üzə çıxarır. Sergeyiç üçün bu dayaq nöqtəsi arılarıdır. Onları qorumaq cəhdi əslində insanlığını, ümidini və yaşamaq istəyini qorumaq cəhdidir.
Gri ArılarAndrey Kurkov · Siren Yayınları · 202577 okunma
10/10
·128 syf.··
2025 7. kitabı
Od Gəlini "Cəfər Cabbarlının ən sevdiyim və möhtəşəm pyeslərindən biridir. Kitab 9-cu əsrdə yaşamış, ərəblərə qarşı azadlıq hərəkatı aparmış Babəkə həsr olunmuşdur. Elxan heç bir dinə inanmayan, köləliyə qarşı olan, azadlığa inanan sərkərdədir, sevdiyi qız isə atəşpərəstlik dininə mənsub olan Solmazdır. Kitabda din adına törədilən qırğınlardan, boş adət-ənənələrdən bəhs olunur. Və Elxanın bu cahilliklər, zülmlər haqqında həqiqətən çox gözəl fikirləri var. Elxan qardaşı Aqşindən illər öncə ayrı düşüb və illər sonra qovuşduqdan qardaşı ilə birgə azadlıq mübarizəsi aparmaq istəyir amma sonra onun xilafətə xidmət etdiyini və müsəlman olduğunu öyrənir. Aqşin Elxandan xilafətə baş əyməyini istəyir və təbii ki də Elxan bunu etmir. Aqşin isə dinini üstün tutur və bir-birlərinə qarşı cəbhə alırlar. Sonda Elxan və tərəfdarları Aqşin tərəfindən məğlub olurlar və Elxan edam edilir."
Edebiyat
Od GəliniCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020206 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
XXI əsrin beşliyi
Puan vermedi·768 syf.··
Beğendi
·
2026 16. kitabı
·
9 günde okudu
·
Okunma: 09 Şubat 2026 12:10
"Nəfəs" - bu beş kitabın cəmi, ədəbiyatımıza yad olmayan "Xəmsə" xüsusiyyətini XII əsrdə Nizami Gəncəvi gətirmişdisə, XXI əsrdə də bir növ Ramiz Rövşənlə də davam etməsi onu göstərir ki, ədəbiyyat bir xalqın kökündən gəlirsə, arada keçən boşluqlar ədəbiyyatın nəfəsini dərdiyi, yorğunluğunu çıxdığı, ona yeni bir Nəfəs gətirəcəyi vaxtlardır... Bir sıra sahələrdə olduğu kimi ədəbiyyatımızda da ölümündən sonra dəyərlənənlər, yüz il sonra qiymət verilənlər, hətta onun dəyərinin bilinməsi üçün yaşadığı dövrdən bir əsr keçməlidi deyənlər o qədərdir ki.. Bu fikri də zamanla əkib-becərəcəklər düşüncəmizdə, amma yox, icazə verməyin. Cabir Novruz demiş, "yaxşılara yaxşı deyin sağlığında...", gecikməyin. Ramiz Rövşən Azərbaycan ədəbiyyatının nə yaxşı ki, bizimlə bir dövrdə yaşayan canlı ədəbi nümunəsi, nadir nümayəndəsidir. Min illərdir ayağı yerə bərkimiş sözlərə qanad verib göylərə qaldıran şair. Şair də deyirəm, amma nasirliyi də şairliyindən geri qalmayan şair. Şeir misralarını bir ucdan tutub, hekayəyə, povestə uzadan şair. “Kitablar kitabı”ndakı ilk üç kitabı müxtəlif vaxtlarda yazılmış şeirlər kitabıdır. Sözlərin qanad açıb bütün Yer üzünü dolaşdığı misralar. Şeirlər, nəğmələr, poemalar. Xüsusi sevdiklərimdən olan “Süd dişinin ağrısı” poemasının 1987-ci ildə lentə alınmış bədii filmi də var. Dördüncü kitab - “Hamı oğul böyütmüşdü” ümumi götürsək bir kəndin həyatından bəhs edən hekayələr"Daş" povesti. Oxuduqca elə bildim babam danışır, mən dinləyirəm; müharibə illəri, arxa cəbhə, aclıq vaxtı, evin, kəndin balaca kişiləri. Bu xatirələri onun dilindən o qədər dinləmişəm ki. Səhnənin arxa tərəfi, arxa cəbhədə baş verən ailə-məişət savaşları. Ölümün harda səni yaxalamasından asılı olaraq mənasını dəyişdiyi, ac əsgərin qoruduğu vətəndə yeyilən artıq bir
NəfəsRamiz Rövşən · Teas Press Nəşriyyatı · 2024198 okunma
6/10
"Axşamınız xeyir! "Xəbərçi"nin saat iyirmi bir buraxılışı efirdədir. Studiyada Rüstəm Əbülfətoğludur. Onu da göndərdilər əsgərliyə müəllifdən. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, cəbhə xəttində sakitlikdir. Atəşkəs pozulmayıb. İndi isə günün baş xəbərləri."
Qarda Açan Qan ÇiçəyiAqil Abbas · Çinar-Çap Nəşriyyatı · 20056 okunma
7/10
Məni itirməyin kitabında xalq yazıçısı İsmayıl Şıxlının əfsanə və rəvayətləri, hekayələri və cəbhə xatirələri yer alır. İsmayıl Şıxlının bütün əsərləri maraqla oxunur, qələmə aldığı hadisələr uydurma deyil, gerçək həyatdan götürülüb. Hamısı yazıçının nə vaxtsa gördüyü, eşitdiyi, yaxud iştirakçısı olduğu əhvalatlardır. Sadəcə, janrın tələblərinə riayət etməklə bədii təxəyyülün süzgəcindən keçib. Bu əsərlərdə mənəvi- əxlaqi dəyərlər, həyat reallıqları, insan psixologiyası əks olunur. Yazıçının bütün əsərləri öz dili, üslubu, poetikası ilə seçilən dəyərli sənət nümunələridir.
Məni İtirməyinİsmayıl Şıxlı · 3 Alma Nəşriyyatı · 201821 okunma
2/10
'Milliyətçi bir rəssamın Führer'ə, yəni diktatora çevrilməsinin gerçək tarixçəsi' Herhangi bir cismin düşüş derinliği daima son durumu ile, düşmeden önce bulunduğu durumu arasındaki mesafe ile ölçülür (157. səh). Adolf Hitler ● Açıqlama: 1. 'Parazit' deyə xitab etməm o demək deyil ki, insanların seksual həyatı məni maraqlandırır, yox, sadəcə olaraq ümumi alqılara görə fikrimi izah etməyə çalışıram. 2. Açılımı: Qida Təhlükəsizliyi Agentliyi. 3. VVerner Maser'in 'Adolf Hitler' adlı biografik əsərində haqqında yazdığım mövzuya geniş yer verilir, baxa bilərsiniz. 4. Chuck Palahniuk özünün 'Ölüm Pornosu' kitabında bu barədə yazıb. 5. Hakan Günday'ın ilk əsəri olan 'Kinyas ve Kayra'nın baş qəhrəmanlarından biri. 6. Replika 'Ezel' serialına aiddir. 7. 125. səhifəyə aid olan alıntıdan kəsinti. Tam fikir belə idi: 'Propaganda daima ve sadece kitlelere hitap etmelidir. Aydınlar için yahut aydın denen kimseler için propaganda değil, ilmi izahat yapılmalıdır'. 8. Mənbə: Henrik Eberle & Matthias Uhl/Hitler Kitabı. 9. Mənbə: Henrik Eberle & Matthias Uhl/Hitler Kitabı. İsadan sonrakı təqvim 2016-cı ilin avqust ayının 18-ini göstərirdi və mən Stalin'in cəza olaraq insanları sürgün etdiyi torpaqlardan könülsüz olaraq ayrılmışdım. Yanımda iki çantam vardı və paltarlarım olandan daha da böyük olan digərinin içərisi - əsuslar olsun ki - nə spirtli içki ilə, nə də uşaq ikən dayımdan tez-tez istədiyim sarışın Nataşalarla dolmuş idi, yalnız - çoxlu - kitablar vardı. Klassik və underground əsərlər.. Bir də əlçatmazlıqdan pdfini - müdürdən xəbərsiz - vərəqə çap etdiyim vərəq-kitablarım. İçlərində ən gözdəm olan 'Mein Kampf' əsəri idi və onun da yanına zorla bir şüşə "pay olaraq filankəsə verərsən" deyilib içərisinə dürtüşdürülən vodka qoyulmuşdu. Azərbaycana çatdım, stüardessalar məni
İnceleme
KavgamAdolf Hitler · Anonim Yayıncılık · 202112,8bin okunma