Cəmilə Əsəd

Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
"Ümidi olmayan insanın qorxusu olmur. Qorxusu olmayan insanın isə cəsarəti qorxuducu olur."
“Lakin vətəni heç bir yerdə tapa bilmədim. Bütün şəhərlərdə həyəcan içində oldum və bütün darvazalardan çıxıb uzaqlara qaçdım.” Neiştse “Zərdüşt belə deyirdi” kitabında yazırdı. Bu cümlə mövcud sistemlə barışmayan, özünü orada tapa bilməyən, hər kəs üçündür. Rəssam rəssam ola bilmək üçün azad olmalıdır. Azad ola bilmək üçün isə mövcud sərhəddin xaricinə çıxmağa cəsarət edə bilməlidir. Yazıçı yaza bilmək üçün yazısının bəyənilməsi arzusundan daha çox içindən gələn o səsi dinləməyi bacarmalıdır. Və əslində özümüz ola bilmək üçün qanunlar, sərhədlərin xaricində bir varlıq olduğumuzun fərqinə varmalıyıq. Qayda çox sadədir. Mövcud şərait sənə uyğun deyilsə bununla barışma. Bəzən əgər uyğunlaşa bilmirsənsə uyğunlaşmamalısan, edə bilmirsənsə etməməlisən. Bu gün nəsənsə osan, özündə nələr varsa yalnız onu verə bilərsən. Səndə olmayan heç nəyi yarada bilməzsən yalnız var olanı çoxalda artıra bilərsən. Həyatda ən böyük yanılma özündə olmayanı var etmə illuziyasıdır. Məsələ heç vaxt biri olmaqla, hər kəs tərəfindən təsdiqlənmək və ya sevilməklə əlaqəli deyildi. Məsələ özün ola bilməkdir. Ən böyük döyüş, ən önəmli qələbə də insanın özü ola bilməsidir. “Özün olmaq” yəni içində mövcud olanı ortaya qoya bilmə cəsarətidir. Uğurlu olmaq, tanınmaq, şöhrət ad bunların yalnız gözlə görülə bilən nəticələrdir. Yalnız özün olmağa qərar verdikdən sonra o yolda qarşına çıxan, ayağına dəyən daşları belə sevgilə qarşılayacaqsan. Və son olaraq yazımı Montenin bir cümləsilə tamamlamaq istəyirəm. “İnsanlardan qaçmaqla iş bitmir yerini dəyişmək də bunun üçün kifayət etmir gərək daxilimizdə kök salan kütlə xislətindən qurtulaq gərək özümüzlə vidalaşaq və bundan sonra özümüzü yenidən kəşf edək." ©
Dinlədiyim bir podcastda deyilən o cümlə:
Biz hər kəsi məmnun edərək özümüz ola bilmərik.
Mükemmel bir hayat yaşamak istiyorum. Mükemmel hayatı yaşamanın tek yolu onu inzivada yaşamaktır. Kalabalıklardan her zaman nefret etmişimdir. ~ William James