Cəmilə Əsəd

Puan vermedi·160 syf.··
Beğendi
·
2022 16. kitabı
Bu kitabı əslində üçüncü dəfə idi ki, oxuyurdum. Kitabı ilk dəfə dördüncü sinifdə oxuyanda babam hədiyyə etmişdi. Beləliklə, bu kitab mənim ilk kitabım olmaqla yanaşı, bu gün o kitab rəfimin yarandığı günün başlanğıcı oldu. Bu səbəbdəndir ki, mənim üçün xüsusi əhəmiyyət daşıyır. Uşaq ədəbiyyatı olaraq bilinən, əslində isə içərisində metaforlardan olduqca çox istifadə olunan kitablar qəbiləsindəndir. Kitab bizə özümüz, duyğularımız və həyatla bağlı çox şey deyir. Bu gün kitabın dərin analizini aparmayacağam. Yalnızca bir neçə hissəsi haqqında bəzi düşüncələrimi və analizləri qeyd edəcəyəm. Kitabı diqqətlə və metaforları araşdıraraq oxusanız, sizə dünyanı fərqli bir bucaqdan izləmə fürsəti verəcək. Bəzən Alisanın həddindən artıq böyüyüb və bəzən kiçilməsi bəlkə də insan duyğularının ən gözəl ifadəsidir. Utanarkən, özümüzə olan inamımızı itirərkən, ya da biri haqqında yanılarkən necə kiçilirik. Kaş həmin vaxtlarda bir iksir olardı, içimizdəki bu duyğuları yox edəcək. Bəzən də haqqımızı tələb edərkən, ya da anidən qəzəblənib özümüzdən çıxdığımız o vaxtlarda divarlar necə də kiçilir, sanki sığmırıq o otaqlara. Hekayə Alisanın ürəyinin sıxılmağını təsvir etməklə başlayır. Bütün səhifələri bir-birinə bənzəyən kitab Alisaya olduqca sıxıcı gəlirdi. Bu sizə nəyisə xatırlatmır? Əslində hamımız zaman-zaman Alisanın keçirdiyi hissləri keçiririk. Bir-birinin təkrarı olan o cansıxıcı günlərdə bir maraq axtarır, ona rəng qatacaq nələrinsə arxasınca düşürük. Bu bəzən bir kitab, bəzən bir səyahət, uzun bir yol ola bilir. Elə isə əslində hamımız Alisa ilə eyni hissləri paylaşırıq. Və beləcə o, reallıqdan ayrılıb yuxuya gedir. Lakin yuxuya getdiyinin fərqində deyil hələ. Qəribəliklər də burda başlayır. Oradan qaçaraq uzaqlaşan bir dovşan... Elə cansıxıcı, bir-birinin eynisi olan
Mini Klassika
Alisa Möcüzələr ÖlkəsindəLewis Carroll · Qanun Nəşriyyatı · 202028,5bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·136 syf.··
Beğendi
·
2025 3. kitabı
·
9 günde okudu
·
Okunma: 12 Mart 2025 08:25
XIX əsr məşhur amerikalı yazıçını daha çox “Tom Soyerin macəraları” kitabı ilə tanıyırıq. Bu kitab isə daha çox fəlsəfi xarakter daşıyır. Xüsusilə neyrologiya, psixologiya ilə bağlı kitablar oxuyursanızsa, kitab sizə maraqlı gələ bilər. İnsanı bir maşın olaraq təsvir edərək bu metafor üstündən insanın nə olduğunu, onun qərarlarının, seçimlərinin, düşüncələrinin arxasında əslində nəyin dayandığını izah etməyə çalışıb. Ümumi şəkildə kitabda toxunulan mövzuları və çıxardığım nəticələri qeyd edəcəm. Təlim, tərbiyə və təhsil insanı müəyyən nöqtəyə qədər dəyişə bilər. Burada yazıçı bildirir ki, bunlar yalnız sizdə var olanı ortaya çıxarmaq və daha da təkmilləşdirmək üçün bir vasitədir. Ancaq var olmayanı yarada bilməz. Belə bir nəticə çıxara bilərik: Uçmaq üçün qanadlar, qaça bilmək üçün ayaqlar lazımdır. Bunlar isə sizə nə ayaq verir, nə də qanad. Biri sizə texniki olaraq uçmağı öyrədə bilər, ancaq sizin uçmaq üçün qanadlarınız yoxdursa, uça bilməyəcəksiniz. İnsan ömür boyu müsbət ya da mənfi təsirlərə məruz qalır. Bu təsirlər insanı formalaşdırır. Biz nə qədər özümüz olmağa çalışıb, kütlə psixologiyasından özümüzü, seçimlərimizi ayırmağa çalışsaq da, bir nöqtədə bizə təsir edən prosesin nəticəsi oluruq. Bəlkə də ona görədir ki, zaman keçdikcə mənsub olduğumuz cəmiyyətin yaxşı ya da pis xüsusiyyətlərini istəmsizcə mənimsəyirik və özünküləşdiririk. İnsanın iradə azadlığı yoxdur, seçim azadlığı var. Yenə də burada yazıçı insanın yalnız yaradılışının və xarici təsirlərinin nəticəsi olduğunu vurğulayaraq bildirir ki, insanın bu halda azad iradəsi ola bilməz, yalnızca ona təqdim edilənlər arasında seçim etmək azadlığı ola bilər. İnsanın həyatda əsas motivasiyası özünütəsdiqdir. İnsanın fəaliyyətlərinin əsas səbəbi özünü təsdiq etdirmək üçündür. Özünütəsdiqdən daha önəmli
İnsan Nedir?Mark Twain · Dedalus Kitap · 202318,9bin okunma
Puan vermedi·456 syf.··
Beğendi
·
2025 2. kitabı
·
47 günde okudu
·
Okunma: 27 Şubat 2025 22:47
Kitab əsasən 0-6 yaş aralığında travma görmüş uşaqların sonrakı həyatlarında bu travmanın necə təsir etdiyini və bu təsiri aradan qaldırmaq üçün hansı addımların atılmalı olduğunu araşdırır. Beynin inkişafının bu dövrdə sürətlə getdiyini və travmaya məruz qalan, baxımsız qalan və ya sevgi görməyən uşaqların sonradan müəyyən davranış pozuntuları yaşadığını elmi faktlarla əsaslandırır. Həmçinin bu davranış pozuntularının yaranma səbəblərini nevroloji araşdırmalara əsaslanaraq izah edir və onların aradan qaldırılması üçün düzgün yanaşmaları göstərir. Ən vacib məqam budur ki, travmaların müalicəsi yalnız tibbi və ya dərman vasitələri ilə mümkün deyil. Kitab bildirir ki, insanın sağalması üçün sevgi və sağlam münasibətlər lazımdır. Travma əsasən insan münasibətləri səbəbilə yarandığı üçün onun sağalması da yenə insan münasibətləri vasitəsilə mümkündür. İnsan sosial varlıqdır və sosial əlaqələrin güclü olması psixoloji sağalma üçün əsas amillərdən biridir. Kitabın bəyəndiyim tərəflərindən biri də odur ki, bəzi fərdi inkişaf və ya psixoloji kitablarından fərqli olaraq konkret elmi faktlar təqdim edir. Kitabın faktlara əsaslanması və real həyat təcrübələri ilə uyğunluğu onu daha təsirli və dəyərli edir.
Psikoloji
Köpek Gibi Büyütülmüş ÇocukMaia Szalavitz · Koridor Yayıncılık · 202510,5bin okunma
Puan vermedi·122 syf.··
Beğendi
·
2025 1. kitabı
·
11 günde okudu
·
Okunma: 12 Ocak 2025 00:38
BAŞLANĞICDA SÖZ VAR İDİ. Yehova Tövratda belə deyirdi "Başlanğıcda söz var idi" Bütün müqəddəs kitablarda sözlər bir vasitə, insanla Tanrı arasında körpü idi. Sözlər yalnız Tanrı və insan arasında idimi? Yox əslində sözün dəyəri yalnız bunlarla məhdud deyildi. Əsrlərdən bəri yazılan o möhtəşəm romanlar, içində itdiyimiz hekayələr sözün gücünü göstərirdi bizlərə. Don Miguelin də müqavilələri bax elə bununla bağlı idi. “Sözlər”. Qədim xalqın biliklərini bizə çatdıran yazıçı sözlərin dəyərini 4 müqavilənin hər birində izzah edir. 4 müqavilə deyilsə də əslində hər biri sözlərlə bağlı idi. Ona görə də bu gün yalnızca “Söz” haqqında yazmaq istəyirəm. Gəlin indi kitabda oxuduqlarıma əsasən sözlərin gücü bizə necə və harada təsir edir nəzərdən keçirək: 1. ÖZÜNÜTƏLQİN. Ən çox özümüzə dayanmadan nəyi deyiriksə, adətən o da baş verir. Yaxud dediyimiz kimi hiss etməyə başlayırıq. Yazıçı birinci maddədə dediyi “Sözlərinə diqqət et” burada özünü göstərir. Yeri gəlmişkən son zamanlarda məhşur olan “Renesans Qanunu” kitabına da burada toxunmaq istəyirəm. Kitab daha çox inancla, daha doğrusu kainatla əlaqəli olsa da sözlərlə bağlı yazılan hissələr psixolojik faktlara dayanır. 2. SÖZLƏRİN HİPNOZ ETMƏ GÜCÜ. Sözlərin hipnoz etmə gücü vardır. Sözlərlə birini dərin bir kədərdən, düşdüyü depressiyadan çıxarmaq mümkündür. (Məsələn terapevtlər ən çox pasiyentləri sözlərilə müalicə edirlər) Ancaq eyni zamanda sözlərlə başqalarına ziyan da vura bilərsən. Manipuliyasiya etmək, və ya sözlərlə bir adamı yaralamaq bura daxildir. Bu nöqtədə yazıçı bizlərə məhz elə başqalarının mənfi ya da müsbət sözlərindən özümüzü müdafiə edə bilmək üçün belə bir maddə irəli sörür “Şəxsi qəbul etmə”. Başqalarının düşüncələri onların şəxsi təcrübələrinin nəticəsidir. Və bu yalnızca subyektiv xarakter daşıyır. Siz
Felsefe ve Düşünce
Dört AnlaşmaDon Miguel Ruiz · Ötesi Yayıncılık · 202316,2bin okunma
Puan vermedi·352 syf.··
2021 81. kitabı
·
1 saatte okudu
·
Okunma: 03 Ağustos 2021 00:00
RƏSSAMLIQLA BAĞLI: Rəssamlığın təkcə əl qabiliyyətilə əlaqəli olduğunu düşünürlər. Ancaq portret rəssamlığı ilə məşğul olanlar yaxşı bilir ki, bu bir az da işıq-kölgə oyunu və bir az da görə bilmək qabiliyyəti ilə bağlıdır. Bəli, görə bilməklə. Bəlkə elə Rauda Jamis “Eşq və Qəm” (Və ya Frida Kahlo) kitabında buna görə yazırdı ki, “İnsanlardan ən yaxşı başı çıxan portret rəssamlığı ilə məşğul olanlardır.” Əlbəttə, rəssamlığın müxtəlif növləri var. Burada bir şəkili nə qədər bənzədilməsindən söhbət getmir. Məsələ iç aləmi təsvir edə bilməkdən gedir. Rəssam gərək daxili aləmini görə bilsin ki, onu qələmilə təsvir edə bilsin. FRİDA KAHLO YARADICILIĞI: Frida öz avtoportretlərində özünü çox gözəl ifadə etməyi bacarıb. Fridanın həyatını bilməyənlər üçün rəsmləri anlaşılmaz gələ bilər. Bəlkə də bilənlər üçün belə tükürpədici ola bilər. Ancaq inkaredilməzdir ki, hisslərini rəsmlərində ideala yaxın təsvir olunub. O da doğrudur ki, Fridanı məşhur edən yalnızca istedadı deyildi. Dieqo onun yaradıcılığında, tanınmasında xüsusi rol oynayırdı. İkinci faktor isə xəstəliyi idi. Qəribə taleləri olan insanlar həmişə başqalarının diqqətini çəkir. Bunun bir neçə psixoloji səbəbi var əslində. Amma bu gün o mövzuya fokuslanmaq istəmirəm. FRİDANIN RƏSM ÇƏKMƏYƏ BAŞLAMASI: İkinci mənə ən çox təsir edən məqam Fridanın rəsmə başlaması oldu. Frida qəzadan sonra yataqdan qalxa bilmirdi. Bu vaxt o, rəsmə başlayır və heç vaxt gedə bilməyəcəyi yerləri, həmçinin fiziki-mənəvi ağrılarını təsvir edir. Düzdür, Frida daha sonralar arzuladığı kimi dünyanı gəzə bilməsə də, bir sıra yerlərə səyahət edir və hətta orada yaşayır. FİLM TÖVSİYƏSİ: Əgər Fridanı anlamaq, daha doğrusu, Fridanın yaradıcılığını anlamaq istəyirsinizsə, “Frida” (2002) filmini də izləməyinizi tövsiyə edirəm. Filmdə Dieqo və Frida
İnsan ve Duygular
Frida KahloRauda Jamis · Qanun Nəşriyyatı · 20205,3bin okunma