Durup kendini dinledi, göğsünde bir huzursuzluk, dışarı çıkmak isteyen bir şeyler hissediyordu. Birden ne olduğunu anladı, özgürleşmek isteyen, bastırılmış kahkahalar vardı içinde.
Bu kitabı əslində üçüncü dəfə idi ki, oxuyurdum. Kitabı ilk dəfə dördüncü sinifdə oxuyanda babam hədiyyə etmişdi. Beləliklə, bu kitab mənim ilk kitabım olmaqla yanaşı, bu gün o kitab rəfimin yarandığı günün başlanğıcı oldu. Bu səbəbdəndir ki, mənim üçün xüsusi əhəmiyyət daşıyır. Uşaq ədəbiyyatı olaraq bilinən, əslində isə içərisində metaforlardan olduqca çox istifadə olunan kitablar qəbiləsindəndir. Kitab bizə özümüz, duyğularımız və həyatla bağlı çox şey deyir.
Bu gün kitabın dərin analizini aparmayacağam. Yalnızca bir neçə hissəsi haqqında bəzi düşüncələrimi və analizləri qeyd edəcəyəm.
Kitabı diqqətlə və metaforları araşdıraraq oxusanız, sizə dünyanı fərqli bir bucaqdan izləmə fürsəti verəcək. Bəzən Alisanın həddindən artıq böyüyüb və bəzən kiçilməsi bəlkə də insan duyğularının ən gözəl ifadəsidir. Utanarkən, özümüzə olan inamımızı itirərkən, ya da biri haqqında yanılarkən necə kiçilirik. Kaş həmin vaxtlarda bir iksir olardı, içimizdəki bu duyğuları yox edəcək. Bəzən də haqqımızı tələb edərkən, ya da anidən qəzəblənib özümüzdən çıxdığımız o vaxtlarda divarlar necə də kiçilir, sanki sığmırıq o otaqlara.
Hekayə Alisanın ürəyinin sıxılmağını təsvir etməklə başlayır. Bütün səhifələri bir-birinə bənzəyən kitab Alisaya olduqca sıxıcı gəlirdi. Bu sizə nəyisə xatırlatmır? Əslində hamımız zaman-zaman Alisanın keçirdiyi hissləri keçiririk. Bir-birinin təkrarı olan o cansıxıcı günlərdə bir maraq axtarır, ona rəng qatacaq nələrinsə arxasınca düşürük. Bu bəzən bir kitab, bəzən bir səyahət, uzun bir yol ola bilir. Elə isə əslində hamımız Alisa ilə eyni hissləri paylaşırıq.
Və beləcə o, reallıqdan ayrılıb yuxuya gedir. Lakin yuxuya getdiyinin fərqində deyil hələ. Qəribəliklər də burda başlayır. Oradan qaçaraq uzaqlaşan bir dovşan...
Elə cansıxıcı, bir-birinin eynisi olan
Kitabı bitirdim.Mini klassikadan oxuduğum ilk kitab idi.Məncə ilk dəfə üçün yaxşı kitab seçimi etmişdim.
Əslində kitabdan tam olaraq nə nəticə çıxarmalı olduğumu anlamadım.Fikrimcə müxtəlif nəticələrə gəlmək olar.
Kitabın əsas mövzusu Kinkasın dostlarına söz verdiyi kimi dənizdə ölməsinə qədərki müxtəlif hadisələrdir.
Stefan Zweig "Bir qadının həyatında iyirmi dörd saat".
Novellanın baş qəhrəmanı qırx iki yaşlı bir qadın olsa da publist Missis K-nın obrazı ilə bütün qadınların daxili aləmini ifadə etmişdir.
Qadınlar hər nə qədər adi, kövrək və zəif xarakterli sima bəxş etsələr belə onların daxilində cəsarət daim mövcuddur. Bu hissi isə az bir qism qadın gün üzünə çıxardıb yoluna davam etməyə nail ola bilir. Əlbəttə, bu cəsarət hər zaman xoşbəxtlik verəcək deyil, elə Misssis K-da yaşadığı hadisədən iyirmi ildən çox vaxt ötməsinə baxmayaraq, o, həmin hadisəni heç kimə danışa bilmirdi, ancaq bir gün izdirablarını dilə gətirərək, utancına və vicdan əzabına son qoymağa nail olur. Yaşadığı xəta özünü inkişaf etdirmək yolunda ona ən dəyərli dərs olur. İnsan da bu cürdür xəta etməlidir ki, özünü tam şəkildə inkişaf etdirə bilsin.