Baba anamı həmişə "o gözəl qadın idi" kimi ümumi cümlələrlə təsvir edərdi. Mən isə həmişə daha çox xırdalıqlarına varmaq istəyərdim. İstəyərdim mənə gün işığının onun saçlarında necə əks olunmasından, onun sevimli dondurmasından, zümzümə etdiyi mahnılardan danışsınlar.
"O qədər xoşbəxtəm ki, doktor Rəsul. Bu qədər hərtərəfli xoşbəxtlik qorxudur məni". Mən səbəbini soruşdum. O da dedi, "Ancaq nəyinisə əlindən almaq istəyəndə sənə bu qədər xoşbəxt olmağa icazə verirlər".