- Hissləri niyə idarə edəsən ki? Hiss onu yaşamaq üçündür, hiss etmək üçün. Bu hisslər sənindi. İçində, ürəyində, bütünlüklə bədənindədi. Onu idarə etmək olmaz. Yalnız hiss etmək olar. Düz də olsa, səhv də olsa, onu yaşamaq lazımdı. O yolu keçmək lazımdı. Sən birinə qarşı bir şey hiss edəndə o adamı özün seçirsən? Yox... Bəs zamanını necə? Özün seçirsən? O da yox... Ona görə onu idarə etməyə, ona yol göstərməyə, qaydalar qoymağa, yaxud ağlından çıxarmağa çalışma. Gəlibsə ürəyinə, öz vaxtı dolmamış onsuz ordan çıxan deyil. Sən, sadəcə, həyatını çətinləşdirəcəksən. Zamana burax. Zaman özü o hisslərin yerini müəyyən edəcək.
- Nə deyim, qara qız? Əvvəl daha dolu idin sanki. Necə deyim... Daha həyat dolu, daha hay-küylü, Enerjin daha çox idi sanki...
- Həyat...
- Nə hayat?
- Həyat sakitləşdirir adamı
- Mən sənə yazıb bunu daha əvvəl deməyi düşünmüşdüm. Amma əmin deyildim ki, sən bilmək istərsən. Təxminim səhv deyildi ki?
Doğru cavab "yox" idi. Yalandan səhv olduğunu da deyə bilərdim. Bunların ortasında bir cavab seçdim:
- Bilmirəm.
Yuxuma girir ki, bir gün sən Kabilə gəlib uşaqlığımızın şəhərinə baş çəkirsən. Bunu etsən, köhnə sadiq dostunun burda səni gözlədiyini görəcəksən.
Qoy Allah həmişə səninlə olsun.
Həsən