Chimnaz

Chimnaz
books, not guns! culture, not violence!
Həyatı sevdirən kitabları sevmək lazımdır.
8/10
·352 syf.··
Beğendi
·
2026 3. kitabı
·
49 günde okudu
·
Okunma: 12 Nisan 2026 16:20
Çünki bu günlərdə bütün dünyada həyatı sevməmək üçün çox səbəb var. Ümidsizlik, çarəsizlik və daha başqa səbəblər. Amma dünyanın bir küncündə bir insan oturub başqa insanları həyata bağlamağın yollarından danışır. Bu elə həyatı sevmək üçün kifayətdir. Gecə yarısı kitabxanası axıcı, sadə, amma dərin mənası olan kitabdır. Tövsiyə edilir. Bütün həyatlarda :)
Gecəyarı KitabxanasıMatt Haig · Qanun Nəşriyyatı · 202498bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Kimdir Şeytan?
6/10
·80 syf.··
2026 2. kitabı
·
38 günde okudu
·
Okunma: 22 Şubat 2026 11:22
Bizi pisliyə sürükləyən, yoxsa pisliyin özü? Bəlkə elə özümüz? Tolstoyun sağlığında çap etdirmədiyi "Şeytan" əsəri bizi bu suallarl üz üzə qoyur. Kitab qısadır, amma düşündürür, suallar yaradır, psixoloji vəziyyətlər arasında sərt keçidlər edir. Kitabı ingiliscə oxudum, bəyəndim.
The DevilLev Tolstoy · Qanun Nəşriyyatı · 04,493 okunma
Bəşəriyyətin var olan ya da olmayan filosofu
5/10
·70 syf.··
2026 1. kitabı
·
6 günde okudu
·
Okunma: 10 Ocak 2026 18:44
Bu il biraz klassiklərdən uzaqlaşmağa çalışıram bacardığım qədər, hədəfim yeni nələrsə öyrənəcəyim kitablar oxumaqdır. Məncə ilin ilk kitabı üçün uğursuz seçim sayılmaz. Socrat barədə bəsit məlumatlarım var idi, bu kitab həmin məlumatları təzələdi. Filosof haqqında biraz daha dərin məlumatlar aldım. Amma yenə də fəlsəfi kitab saymaq olmaz. Kitab sadəcə ilk pilləkan mahiyyəti daşıyır, maraqlı gəlirsə, davam etməlisən. Düşünürəm, ziddiyyətli filosof olan Socrat üçün kitab kifayətə yaxın ola bilər. Daha dərin məlumatı isə Platonun əsərlərindən almaq olar.
90 Dəqiqədə SokratPaul Strathern · Bakı Fəlsəfə Akademiyası · 2020221 okunma
Ah, Nastenka...
6/10
·104 syf.··
Beğendi
·
2025 6. kitabı
·
6 günde okudu
·
Okunma: 27 Aralık 2025 23:58
Qısa, təsirli, həyatın içindən olan bir kitab. Dostoyevski bütün duyğuları çılpaqlığı ilə yazıb. Buna görə obrazları başa düşməmək qeyri mümkündür. Amma Nastenka, kaş belə etməzdin....
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2019102bin okunma
Bu kitab sənin üçündür.
9/10
·128 syf.··
Beğendi
·
2025 4. kitabı
·
4 saatte okudu
·
Okunma: 15 Kasım 2025 18:13
Adətən soyuq adlanan, hadisələrə tez reaksiya verməkdən çəkinən, hisslərindən çox beyninə ağırlıq verən, məntiqi nəticə axtaran, duyğusallıqda məna görməyən insan. Bu kitab sənin üçündür. Camusla tanışlığımdan gəldiyim ilk nəticə budur. Adını belə bilmədiyimiz baş rol elə hadisələr qarşısında səssiz və təmkinli qalır ki, içimdə bir heyranlıq oyanır. Amma daxili səs tənqidi də əskik eləmir. Sözsüz ki, bu səssizliyin bir kuliminasiyası olur. Amma o da Camus'a məxsus olur. Şübhəsiz ki, Camusla hələ çox uzun yolumuz var, bu isə hələ başlanğıc idi!
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020137bin okunma