skai

skai
@coatofgogol
2 okur puanı
Temmuz 2024 tarihinde katıldı
İlk zəngin cəmiyyət
Paraqvay cəngəlliklərində 1960-cı illərə qədər yaşamış olan Ache icması ovçu-toplayıcı cəmiyyətlərin qaranlıq tərəfinə dair müəyyən fikir oyadır. Qrupun dəyərli bir üzvü öldükdə, Achelər adətən kiçik bir qızı da öldürür və onunla birlikdə torpağa basdırırdı. Achelərlə görüşən antropoloqlar bir dəfə xəstələnib qrupla ayaqlaşa bilməyən orta yaşlı bir kişinin tərk edildiyini qeyd etmişdi. Onu ağacın altında qoyub getmişdilər. Ləzzətli bir yemək gözləyən quzğunlar onun başı üzərində uçuşurmuş. Amma o var gücünü toplayıb cəld addımlarla yeriyərək qrupa qoşulmağı bacarır. Bütün bədəni quzğunların nəcisi ilə örtüldüyündən, ona "Quzğun zılı" ləqəbini vermişdilər. Bir qoca Ache qadını qrupun qalan hissəsi üçün yükə çevrildikdə gənclərdən biri ona arxadan səssizcə yaxınlaşır və başına baltayla vuraraq onu öldürdü. Saçsız doğulan körpələr az inkişaf etmiş sayılır və dərhal öldürülürdü. Qadınlardan biri qəbilədəki kişilər başqa bir qız uşağı istəmədikləri üçün ilk qızını öldürdüyünü vurğulayır. Bir kişi öz körpə oğlunu "qanıqara olduğuna və ağladığına görə" öldürmüşdü. Başqa bir uşaq da "gülünc göründüyü və digər uşaqlar ona güldüyü üçün" diri-diri basdırılmışdı.
Sayfa 68 - Qanun nəşriyyatı·Kitabı okudu
Tarih
skai
qeribe imis