Fareed

— Siz məni sevmirsiniz? —
Puan vermedi·64 syf.··
2023 80. kitabı
Tolstoy xatirələrinin qəribə tarixi var. Bu əsəri təşkil edən qeydlər hər iki yazıçının Krımda olub tez-tez görüşdüyü dövrdə, M.Gorki tərəfindən müxtəlif kağız parçalarına səliqəsiz şəkildə yazılmış, itmiş, neçə illər sonra isə tapılmışdır. Müəllif L.N.Tolstoyu yüksək qiymətləndirir və şifahi söhbətlərinin yazılmasını lazım bilir, gündəlik danışığından qeydlər aparır. Ümumiyyətlə Qorkinin həyata realist, döyüşkən, biraz da romantik baxış bucağından çıxan, şahidi olduğu hadisələri işləyən əsərlər mənə çox uğurlu görünür. Bundan əvvəl onun A.P.Çexov haqqındakı xatirələrini oxumuşdum və məncə Çexov haqqında dostyana, mehriban fikirləri olan müəllif Tolstoya daha başqa cür, birmənalı olmayan şəkildə yanaşır. Onu rus həyatının ən usta qələmi, ən dünyagörmüş, ağsaqqal yazıçısı saysa da, bir yandan da obyektiv şəkildə tənqid edir. Ən çox da Tolstoyun öz ideyalarının təsirini artırmaq üçün əzabkeş həyat sürmək, bununla başqalarına da öz fikrini təlqin etmək cəhdləri. Bir də onun qadınlara qarşı cılız münasibəti. - mənə görə isə Tolstoyun Dostayevskiyə olan qərəzli fikirləri də yersizdir. Qorkinin həqiqi hadisələri öz düşüncələrinin güzgüsündən əks etdirməsi, onun real situasiyalar qarşısındakı fikirlərini öyrənmək mənim zövqümcədir.(p.s. 1961 ci il çapında H.Şərif tərcüməsində oxuduğum kitab mənim leksikonumu Aztv dublyajına çevirmişdir, Ə.Məmmədxanlının Qorki tərcümələri daha axıcıdır). Bu mahir yazıçı düşüncə tərzi, həyata və insanlara yalın baxışıyla özünəməxsus şəkildə fərqlənir və artıq həyatda bəzi anlarda Bukowski kimi fikirləşirəm: - "Görəsən Maksim Qorki belə bir vəziyyətdə neyləyərdi?"
Biyografi-Edebiyat
Tolstoy'dan AnılarMaksim Gorki · Yapı Kredi Yayınları · 20181,028 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Puan vermedi
Əsər 19.əsr İngiltərəsinin səfil küçə həyatını azyaşlıların həyat mübarizəsi timsalında işıqlandırır. Bu qarmaqarışıq, iyrənc, çirkin dünyada düzgün qala bilməyin, səhv yollara düşməmək mübarizəsinin çətinliyi əsərin əsas inkişaf xəttidir. Ç.Dikkens başqa yazıçıların cinayətkarların dünyasını qəribə bir romantikayla, rəngarəng boyalarla təsvirinə qarşı çıxır, realistik şəkildə bu mühitləri vulgar, vəhşi, xudbinlik dolu, insani keyfiyyətlərdən məhrum, qısacası olduğu kimi təsvir edəcəyini vurğulayır. Lakin mənim fikrimcə, yazıçı buna müvəffəq olmamışdır. Əsər boyu lüzumsuz uzunçuluq, nələrisə sanki normal dərrakədən aşağı gördüyü oxucuya çatdırmaq cəhdləri insanı yorur, oxucu cüzi məlumat almağa görə ifrat enerji sərf edir. Bunda tərcümənin rolunun olub olmadığını, yazıçının üslubunun belə olduğu vəya başqa bir səbəb mənə naməlumdur. Buna görə də, bəlkə başqa vaxt yekunlaşdırmaq üzərə bu kitabı hələlik yarımçıq qoyuram..
Oliver Tvist - Oliver TwistCharles Dickens · Logos Yayıncılık · 019,9bin okunma
burda heç olmasa ölüm təmizdir
10/10
·191 syf.··
2023 18. kitabı
Antoine de Saint-Exupéry dünyada ən çox oxunan əsərlərdən biri - "Balaca Şəhzadə" in müəllifi, yazıçı, eyni zamanda pilotdur. "Hərbi təyyarəçi" əsərini o ordusunda vuruşduğu Fransanın Almaniya qarşısında çöküşündən sonra getdiyi Amerikada yazmışdır(Balaca Şəhzadə kimi). Bu əsər onun uğurlu döyüş uçuşlarından bəhs etmir, ya da Avropada faşizmə qarşı mübarizədən və ya Fransanın cılız müdafiə cəhdlərindən...yox əsər bunlar haqda deyil.(ən azından sadəcə bunlar haqda). Qəhrəmanlıq romantikasının təsvirində ən yaxşılardan olan yazıçı bu əsərdə xeyirlə şərin döyüşünün əxlaqi tərəflərini ortaya qoyur, o, düşmənə heç bir tutarlı müqavimət göstərə bilməyən, lakin insan həyatını mənasız, sırf rəmzi mübarizə uğrunda qurban verən hökuməti davamlı tənqid edirsə də əsərin ön xəttində insani hisslərdir. Yazıçının əksər qəhrəmanları tənha, cəmiyyətdən kənar insanlardır, lakin bu onları laqeyd, qaba, hissiyyatsız varlıqlara çevirmir, əksinə onlar cəmiyyətdən uzaqlaşdıqca insanlar arasındakı münasibətlərin, ünsiyyətin, məhəbbətin gözəlliyini dərk edir, bu hisslərin həqiqi dəyərini verirlər. Bu əsərdəki pilot da məğlubiyyətə düçar bir ordunun cəsur fərdidir, o qalib olmağın mümkünsüz olduğu döyüşlərə çəkinmədən atılır. Axı insan idealı, insanın mahiyyəti bunları tələb edir. Əsəri sevdirən cəhətlərdən biri də odur ki yazıçıyla baş qəhrəman çox yaxındırlar hətta bəzən eyniləşirlər. Yazıçı təcrübədən keçirmədiyi, yaşamadığı hissləri, qəhrəmanlıqları və düşüncələri uydurmur, bildiyi mövzuları yazır. Exupéry'in digər əsərlərində də bu dəsti xətt var. Son olaraq bu cəsur hümanistin təyyarəsi 1944-cü ildə elə əsərdəki kimi təhlükəli kəşfiyyat uçuşlarının birində vurulmuşdur.
İnsan ve Duygular
Savaş PilotuAntoine de Saint-Exupéry · Dokuz Yayınları · 20221,728 okunma