Həyatımızı axmaq - axmaq şeylərə sərf edirik. Ömrümüz kontur kimi sürətlə tükənməkdə; 20 yaş, 30 yaş, 40 yaş, 50 yaş....Nə qədər qalıb görəsən? Səni xoşbəxt edən şeyləri ertələmə! indi et, sabah yox,
Təsəvvür edirsən? Bir insanı uzun müddət həsrətlə gözləyirsən. Sevinc içindəsən, ürəyin az qalır, partlasın. Ancaq o gələndə görürsən ki, üzündə heç bir ifadə yoxdur. Bütün sevincin bir anda sovrulub gedir, ürəyin əvvəl onun həsrətindən sıxılırdısa, indi bu laqeydliyindən, səni anlamamasından sıxılır. O isə sadəcə: "Salam, əhvalın necədir Villi?" deyir. Sonra da heç bir cavab gözləmədən başqa mövzudan danışır. Sən isə baxışlarınla səssizcə: "Sənin üçün çox darıxmışam. Hər gün yalnız sənin gəlişini gözləmişəm. Məktəbdə belə düşüncələrimdə yalnız sən vardın. İndi bir özün düşün, mənim halım necədir?"
Sayfa 70·Kitabı okudu
Reklam
Elə bildin darıxmadım sənin üçün? Elə bildin, ürəksizəm, qəlbsizəm? Nə mənası darıxmışam deməyin Bilirəm ki, ömür boyu sənsizəm.
Alıntı
İnan elə darıxmışam səninçün, Səsin gəlsə dolar gözüm, əzizim.
Sayfa 20·Kitabı okudu
Şiir
Yaman darıxmışam..
Yaman darıxmışam səninçün,yaman! Mən əsir düşmüşəm öz istəyimə. Nifrəti gizlətmək asandan asan Sevgini gizlətmək mahalmış, demə! Haraylar yüksəlir könüldən yenə, Bu necə haraydı, bu necə haydı? Öhdəmdən gələrdim… gözüm üzünə, Qulağım səsinə darıxmasaydı… Yaman darıxmışam… Bu nədir yenə Ağlım sağa baxır, ürəyim sola. Ürəyim dönübdür göy göyərçinə Qonub sən gedəli sən gələn yola. Yaman darıxmışam… Hər axşamçağı Arzumu günəşin telinə sardım. Əlimdə olsaydı, mən darıxmağı Zamana ən uzun ölçü sanardım… Yuxuma gəlmişdin... Qısıldıq küncə Danışdıq… Yel əsdi… Dağıldı dərd-qəm. Kölgəyə dönmüşdüm, səni görüncə Sənin işığında yox oldu kölgəm…
Sayfa 58
Edebiyat
Reklam
Reklam