Alish Niftaliyev

Alish Niftaliyev
@darkness_blog
Öğrenci
Bakü, 22 Ağustos
13 okur puanı
Nisan 2019 tarihinde katıldı
6/10
·85 syf.··
2021 7. kitabı
Elə seriyanın ikinci kitabını bitirmişkən digər kitabın da çox qısa olduğunu görüb başlamışdım.Düzü birinci və ikinci kitab qədər təsirli olmasa da özünəməxsus məqamları var idi. Süjet xətti də daha az dinamik idi.Amma baş obrazın həyatında baş verən hadisələr uşaqlıq illərinə nisbətən daha ağır idi.Bu baxımdan əsərdəki dinamikanın azlığı başa düşüləndir. Kitabda bəyəndiyim tərəf isə Vasconcelosun bioqrafiyasına qısa da olsa toxunulmuş olmasıdır.Yazıçı haqda daha çox məlumatlandım və müəyyən məlumatlardan sonra daha çox rəğbətim yarandı.Gələcəkdə başqa kitabını oxumağı düşünməsəm də uşaq ədəbiyyatı üçün dəyərli yazıçı olduğunu vurğulamalıyam.
Edebiyat
DelifişekJosé Mauro de Vasconcelos · Can Yayınları · 202133,6bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
7/10
·280 syf.··
2021 6. kitabı
·
16 günde okudu
·
Okunma: 25 Ocak 2021 23:18
Yorğun günlərimdə ağır və çox düşündürən kitablardan qaçdığım üçün belə bir axıcı əsər seçdim.Düzü 2 həftəyə bitirdim vaxt azlığından.Şeker Portakalının davamı olan bu kitab mənə nədənsə daha təsirli gəldi.Bilmirəm, bəlkə də uşaqlıqdan yeniyetməliyə və daha sonra gəncliyə keçmək daha təsirli bir prossesdir. İnsan mütləq arxada nələrisə buraxmalı olur.Bunu isə bizdən həyatımızın daha da irəliləməsi alır.Yəni zaman bəhanədir, geridə buraxmağı da çox vaxt özümüz seçirik. Əsərin sonluğu xüsusilə təsirli alınıb, sondakı monoloq isə əsəri əla tamamlayıb.Ümumi oxumaq üçün maraqlı əsərdir, biraz gündəlik qayğılardan uzaqlaşıb uşaq dünyasına da keçmək lazımdır.Tarix müəlliməm bizə deyirdi ki “Böyüməyin uşaqlar, elə belə də qalın”. Kitabı oxuyanda və indiki hala baxanda çox yaxşı başa düşürəm bunun niyəsini...
Edebiyat
Güneşi UyandıralımJosé Mauro de Vasconcelos · Can Yayınları · 202542,8bin okunma
6/10
·656 syf.··
2021 8. kitabı
Victor Hugo - Notre-Dame’ın Kamburu Neçə gündür oxuyub heç cür bəyənə bilmədiyim əsəri axırı ki bitirdim.Bizim insanlar Notre Dame Katedralı yananda o qədər qəm dəryasına qərq olmuşdular ki az qalırdılar ki gedib katedralı təzədən tiksinlər.Üstəgəl bu kitabı da yaman tərifə boğmuşdular.Mən də dedim ki hər halda məni məndən alıb geri verməyəcək olan əsər budur.Amma Hüqonun bu kitabı heç birini bacarmadı.Şişirdilmiş kitablar siyahımda ilk sıralara girməyi bacardın, əziz kitab. Hüqonu da qınamıram, daha çox şair və dramaturq olduğundan nəsr onun əlində elə də axıcı alınmır.Əsər haqqında biraz araşdırma edəndə əslində roman janrının yeni konsepti “Epik Teatr” olduğu ortaya çıxır.Ona görə də əsəri oxuyanda romandan çox dram və ya tragediya ab-havası aldım.Bunun nəticəsidir ki teatr və filmlərə bu əsər daha təsirli formada inteqrasiya olunub. Əsərin ən yorucu tərəfi isə memarlıq idi.Onsuz da Parisin keçmiş dövrlərindən bu tərəfə olan təsvirləri yaddaşlarda qalacaq bir nüans deyil.Hətta əsərə yersiz uzunçuluq və yoruculuq gətirib.Təsəvvür edin ki bu hissələri çıxarsaq əsər daha axıcı və dramatik alınır.Hüqonun elə əsl məqsədi də bu qotik memarlıq üslubunun yox olmasına qarşı üsyandır.Amma fikrimcə iki mövzunu bir-birinə qataraq həm oxucu üçün süjet daha sönük alınıb, həm də memarlıqla bağlı nüanslar əsərin sonlarına doğru artan dramatiklik içində batıb gedir.Beləliklə əsər nə öz qayesi olan qotik memarlığın vacibliyini, nə də ki əsərin dramatik hekayəsini tam çatdıra bilməyib. Əsərin xoşuma gələn iki-üç nüansı oldu.Birincisi, XI Louise-ın Bastiliya sarayında olan söhbətləri oldu.Tarixdəki Fransa krallarının zəifliyi və feodallar arasında yetəri qədərincə nüfuzunun olmaması və maliyyə problemləri əsərdə çox gözəl təsvir olunub.Bu da Hüqonun yaxşı dramaturq və o qədər də
Edebiyat
Notre-Dame'ın KamburuVictor Hugo · Can Yayınları · 201842,1bin okunma