8/10
·384 syf.··
Beğendi
·
2026 99. kitabı
·
25 saatte okudu
·
Okunma: 11 Haziran 2026 16:39
Növbəti fantastik kitab… Rəylərə baxdım və çoxlu bu janrda oxuyanlar üçün bu kotab çox uşaqca sayılırdı. Amma mən sevdim. İlk oxuduğum qıdər olmasa da davam kitabını oxumağa dəyər.
Ateşin VeliahtıJasmine Walt · Prime Kitap · 202547 okunma
Puan vermedi·224 syf.··
2026 32. kitabı
Herbert Uelss - “Görünməz adam” Siz heç görünməz olmaq istəmisiniz? Mən istəmişəm. Amma bu kitabdan sonra istəyimi bir daha nəzərdən keçirməyə qərar verdim. Çünki görünməzliyin insanın başına nələr gətirə biləcəyinə bu kitabda bir daha şahid oldum. Kitabı sonuncu uşaq festivalından əldə etmişdim, üz qapağı və adı diqqətimi çəkmişdi. Kitab gözləntilərimi tam qarşılamadı amma pis kitab da deyildi. Bir fizik alimi işıqla bağlı araşdırmalar edərkən təsadüfən görünməz olmağın yolunu kəşf edir və bunu öz üzərində yoxlayır. Lakin bu vəziyyət başına böyük bəlalar açır. Bir müddət sonra köhnə halına qayıtmaq istəyir. Kitab da bizə onun görünməzlikdən sonrakı həyatını və bu bəladan qurtulmaq üçün çəkdiyi əziyyətləri danışır. Kitab görünməz adamın Aypinq adlı qəsəbədəki mehmanxanada otaq tutması ilə başlayır. Məqsədi araşdırmalarını burada gizlicə davam etdirməkdir. Amma üz-gözünün sarğılarla bağlı olması, eynəyi və paltosu ilə dərhal diqqət çəkir. Görkəmi adama dəlini və ya polisdən qaçan birini xatırladır. Onun əslində kim olduğunu və niyə bu hala düşdüyünü isə ancaq oxuduqca öyrənirik. Kiçik həcmli bu kitabı (128 səh.) sanki iki hissəyə bölmək olar. İlk 60-70 səhifəsi elə bil ancaq səs-küylü, hay-küylü qaçdı-tutdu səhnələrindən ibarətdir: Onu tutun, öldürün, o yıxıldı, bu durdu, o vurdu, bu qaçdı... Adam sağ qalmağa çalışır, qəsəbə camaatı isə onu tutmaq istəyir. İlk hissə ancaq belə keçdiyi üçün mənə bir az sıxıcı gəldi. Amma ikinci hissədə bu insanın niyə bu günə düşdüyü, indi nə etmək istədiyi kimi bütün sirlər aydınlaşır. Buna görə də kitabın ikinci hissəsi mənə daha maraqlı gəldi. Kitab inandığı hər kəs tərəfindən aldadılan, avam kütlə tərəfindən qəddarcasına tənhalığa itələnən bir alimin həyatından bəhs edir. Bir tərəfdə çıxış yolu axtaran istedadlı alim, digər
Görünməz AdamH. G. Wells · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 010,6bin okunma
Reklam
4/10
·384 syf.··
2026 8. kitabı
·
3 günde okudu
·
Okunma: 09 Ocak 2026 00:00
Wattpad hekayələrindən davam.. Digərlərinə nəzərən yazımı yaxşı idi. Amma əsl wattpadin o 10-15 yaşlı kütləsinə xitabən idi. Bacardığım qədər fiziki kotablarla paralel wattpad çuxurunu da keççəyi düşünürəm. Yazarın Kader Arvas Pusula - KolezyumGeceye Konuşanlar 1 kitablarına bəlkə nə vaxtsa şans verdim
Toktiker 2Kader Arvas · Ephesus Yayınları · 202532 okunma
4/10
·416 syf.··
2026 7. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Ocak 2026 00:00
Wattpad hekayələrindən davam.. Digərlərinə nəzərən yazımı yaxşı idi. Amma əsl wattpadin o 10-15 yaşlı kütləsinə xitabən idi. Bacardığım qədər fiziki kotablarla paralel wattpad çuxurunu da keççəyi düşünürəm.
ToktikerKader Arvas · Ephesus Yayınları · 2025118 okunma
Bağlanma
10/10
·480 syf.·
Beğendi
·
2026 40. kitabı
Bu günə qədər oxuduğum ən sıxıcı başlayıb, sıxıcı davam edib, sonrasında daha uyğun formada bitən kitab olmamışdı. Akademik kitablar ümumiyyətlə istəklə oxuna bilməz. Bowlby çoxdan oxumaq istədiyim müəllif olsa da, ilk başlarda Çox çətin gəldi. Bir az ona görə başlarda çox ertələdim. Ancaq bu gün bitdi. İkinci və üçüncü kitablar çox daha axıcıdır. Çünki özünün titiz ingilis dəqiqliyi artıq digər kitablar üçün lazım olan müqəddiməni edib. Yenə olsa yenə oxuyardım.
BağlanmaJohn Bowlby · Pinhan Yayıncılık · 2021205 okunma
Ruhu öldürülmüş iki canlı
9/10
·504 syf.··
Beğendi
·
2026 96. kitabı
·
8 saatte okudu
·
Okunma: 07 Haziran 2026 18:31
“Ne derse desin, annesi ona iyi geceler öpücüğü verseydi, onu kollarına alıp ninniler söyleseydi ve kendini güvende hissettirseydi o kadınları bu kadar rahat bir şekilde öldürür müydü?” Kitabı oxuyub bitirdikdən sonra haqqında yazılan rəyləri oxuyanda çox adamın mövzunu tamamilə səhv anladığını gördüm. Hamı kitabın içindəki o ağır yetişkin səhnələrə, iyrəncliklərə, toksikliyə ilişib qalıb. Çoxu kitabı sadəcə ucuz bir porno romanı hesab edib kənara atır. Yazar ilk səhifədə olacaqları qısaca izah edib. Bunu oxuyub ona görə davam edib-edilməyəcəyini qərar versə oxucu kitabın əsl verdiyi dərsin nə olduğunu anlayan çox olardı Amma heç kim oturub bu sualı vermir: Niyə? Bu insanlar niyə bu vəziyyətdədir? Ortadakı o iyrəncliklərə, pisliklərə yox, bir az da o insanların ruhunu öldürənlərə fokuslanmaq lazım deyilmi? Məncə, oxucuların bu cür səhv yerə fokuslanmasının ən böyük səbəbi elə yazarın özüdür. Müəllif o keçmiş travmalara, personajların daxili dünyasına tam fokuslansaydı, hər şey çox daha yaxşı və mənalı olardı. Əlində o qədər dərin mövzu var ikən, o, kitabı bəzəməyə, o ağır səhnələri ön plana çıxarmağa çalışıb və mövzunun əsl dərinliyini kölgədə qoyub. Məncə bu kitab bir eşq hekayəsi deyil, tam mənası ilə psixologiyası alt-üst olmuş iki insanın travmalarının toqquşmasıdır. İnsanlar Robbie-nin canavarlığına baxıb nifrət edirlər. Bəli, adam qorxuncdur, amma onu bu hala salan, içine o qaranlıq toxumları əkən öz anası, öz ailəsi olub. Robbie durduğu yerdə bu canavara çevrilməyib. Eyni şey Savannah üçün də geçerlidir. Hamı onun Robbie qarşısındakı acizliyinə, o xəstəlikli duyğulara niyə bu qədər tez təslim olmasına əsəbiləşir. Amma unudurlar ki, Savannah hələ 5 yaşında uşaq olarkən nələrə məruz qalıb. Bir qız uşağının ruhunu bu cür vəhşicəsinə öldürüblərsə, o qız
SaplantıHarleigh Beck · Prime Kitap · 2025227 okunma
Reklam
Reklam