..anlamından çok yaşamı sevmeli..."
Puan vermedi·1025 syf.··
Beğendi
·
2023 25. kitabı
Karamazov Kardeşler kitabında mənə ən çox təsir edən yerlərdən birincisi "Büyük Engizisyoncu" bölümü digəri isə İvanın şeytanla söhbəti.. İvan məni çox dərindən sarsan obraz olmuşdu və onun fikirləri, dünyaya baxışı məni çox düşündürürdü. Ümumiyətlə, başda bu əsəri olmağla Dostoyevskinin əsərlərində müşahidə etdiyim bir nüans var : bu əsərlərdə çox ağıllı, intelektüal ateist obrazlar var, ancaq kitabın sonunda Dostoyevski bu obrazları həmişə cəzalandırır, sanki onlardan intiqam alır, bəlkə də özündən. Bəs niyə? Mənim fikrimcə Dostoyevski həyatının müxtəlif anlarında bəzən dinə çox yaxın olur, bəzən dindən qaçır ateistliyə yaxınlaşır və vicdan əzabı çəkir. Buna görə də həm onları cəzalandırır, həm də özünü. "Büyük Engizisyoncu" bölümdə İvanın Alyoşaya dediklərində bəlkə də qəlbdən ona haqq qazandırırdım, kitabın sonunda İvanın sonunun necə olduğunu tam bildirməsələrdə, təxmin eləmək çətin deyildi. "Əgər Tanrı varsa, mən onun cənnətindən imtina edirəm, mənim biletimi geri qaytarsın." deyirdi İvan, çünki uşaqların əzab çəkdiyi bir dünyada yaşamaq istəmirdi və düşünürdü ki, əgər Tanrı varsa və bu qədər ədalətlidirsə niyə buna imkan verir? Hətta Alyoşaya danışdığı bir hekayədə deyirdi ki, "valideynlərinin hər cür zülmünə məruz qalan balaca qızcığaz qiyamət günü gəldiyində Tanrının əmriylə onları bağışlayacaq..çünki İlahi ədalət bunu məcbur edir. Ama mən bunu istəmirəm. Onları bağışlamamalıdır. Ona görə də, imtina edirəm." Karamazov Kardeşleri əminəm ki, bir daha təkrardan oxuyacam.. bəlkə 5 il, bəlkə 10 il sonra.. bəlkə onda başqa cür yanaşacam İvanın düşüncələrinə. İstər İvan olsun, istər digər obrazlar olsun mənim üçün ədəbiyyatı bitirir bu kitab, çünki bilirəm ki bundan sonra oxuyacağım heç bir kitab bu qədər möhtəşəm olmayacaq, tam bir fəlsəfə okyanusu.. "Ama üzüntümden
Edebiyat
Karamazov KardeşlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202545,4bin okunma
Siçanlara ithaf
10/10
·128 syf.··
Beğendi
·
2023 1. kitabı
·
8 saatte okudu
·
Okunma: 08 Ocak 2023 21:53
"Elə-belə siçandır, Corc" Spoiler 30-cu illər. Böyük böhran. Aclıq və səfalət. Bir də siçanlar. John Steinbeck 1937-ci ildə dünyanı daha bir əsər ilə tanış etdi. Amma bu dəfə məsələ daha qəlizdir. Con və Lenni Qərbi Amerikada pul qazanmaq ümidi ilə yola çıxmış muzdlu işçilərdir. Külək onları hər dəfə başqa istiqamətlərə tullayırdı. Con zəkalı və hiyləgər bir insandır. Lenni isə əksinə, ağıldan kəmdir və həmişə bir "dayə"yə ehtiyac duyur. Bir-birinə zidd bu iki insan talenin onlara çəkəcəyi yolu gözləyirdilər. Onların bir-birindən başqa heç kimləri yoxdur. Con hərdən Lennini danlasa da, ona dəyər verən tək insanın da Lenni olduğunu anlayırdı. Lenni də öz yumşaq ürəyi ilə Conun könlünü almağı bacarırdı. Bu iki kiçik insan sizə bir parça çörək axtarışına düşmüş səyyahları, pulun izi ilə gedən ləpirçiləri və ya amansızca işlədilən kölələri xatırlada bilər. Amma bu iki vətənsiz insanı bütün digər rəncbərlərdən ayıran iki şey vardı: sevgi və xəyal! "Çünki... çünki mənimçün sən varsan, səninçün də mən" Onlar pul yığaraq özlərinə bir ev almağı arzu edirdilər. Heç kimdən asılı olmayaraq tərəvəz yetişdirmək və dovşan saxlamaq xəyalı ilə işə qoyulmuşdular. Kiçik toxuma bənzəyən bu dünyanın bərkimiş divarlarını qıraraq kənara çıxmaq istəyirdilər. Lenni və Con yeni bir iş tapırlar. Burada elə də çox insan yox idi: ranço sahibi, onun ərköyün oğlu və arvadı, əldən düşmüş qoca, adam yerinə qoyulmayan bir zənci və əsas söz sahibi mehtərlə köməkçisi. Burada hər şey normal görünürdü. Amma Conu nə isə narahat edirdi. Qıvırcığın Lenniyə olan nifrəti onları burada çox saxlaya bilməzdi. Lenninin dinc dayanmayacağını bilən Con da ona bir iş tutduğu zaman gecələdikləri çay kənarına gəlməsini tapşırdı. Hər şeyi yenidən başlayardılar, axı ayağa durmağı bacaran insanın yıxılmaqdan qorxusu olmur.
Edebiyat
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2024211,8bin okunma