Tərcümənin önəmi
7/10
·250 syf.··
Beğendi
·
2023 2. kitabı
·
53 günde okudu
·
Okunma: 08 Mart 2023 07:47
Nietzsche sevdiyim fəlsəfə adamlarından biridir. Düşüncə tərzi, hadisələrə yanaşması mənim fikirlərimlə uyuşur. Daha doğrusu onun bir çox fikirlərini oxumuş biri olaraq bir növ öz düşüncələrimi tam olaraq adlandıra bilmişəm. Bu səbəbdən bir neçə kitabını aldım. Bu kitabı isə Azərbaycan dilinə tərcümə olaraq aldım. Təəssüf ki. Nietzsche onsuzda elə də asan oxunan biri deyil, ancaq bir tərcümə cümlələri, fikirləri bu qədərmi qarmaşıq hala gətirə bilər? Məncə bu tərcümə Dəccalı Dəccallıqdan çıxarar. Bu məsələyə önəm verilməsi lazımdır. Tərcümə kitab oxuyarkən ən çox yaşadığım problemlərdən biri olub. Bu səbəbdən kitabları türkcə alıb oxuyuram. Son dönəmdə yaxşı tərcümələr olduğu deyilir. Ümid edirəm elədir və daha da yaxşılaşar.
2023 Okuma Raporları
DəccalFriedrich Nietzsche · Hədəf Nəşrləri · 05,1bin okunma
Dəccal
Puan vermedi·128 syf.··
2023 9. kitabı
Yaxsi nədir? İnsanda güc duyğusunu güc istəyini gücün özun artıran hər sey.Pis nədir? Zəiflikdən yaranan hər şey.Xoşbextlik nədir? Gücün artması hissi bir manenin aşilma hissi....
1000Kitap
DeccalFriedrich Nietzsche · Tutku Yayınevi · 20165,1bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
7/10
·250 syf.·
2019 3. kitabı
Bir fantastika insanı olaraq fəlsəfə oxumağa cəhd etmirdim. Çünki ən nifrət etdiyim şeylərdən biri hər hansı bir kitabı yarıda buraxmaqdır. Amma indi bu riski almağıma sevinirəm. Nitşenin də dediyi kimi- "Bu kitab ən azlarındır." Kitabda Nitşenin xristianlıqla bağlı görüşləri öz əksini tapır. Buradakı "görüş" sözünü "dərin nifrət"lə əvəz etsək də yanılmarıq. O, xristianlığı bir bəla, xəstəlik adlandırır, Roma imperiyasının süqutunun səbəbini bu din ilə əlaqələndirir, bütün rahiblərə isə nifrət edirdi. Onların hamısını "yalançı", "kələkbaz"adlandırırdı. Kitabından olan hissələrə diqqət yetirsək bu daha aydın anlaşılar; Maddə 1- Təbiətə hər cür zidlik günahdır. Ən günahkar insan rahibdir: o, təbiətə zidliyi öyrədər. Rahibə göstərilməli olan səbəblər deyil, dəlixanadır. Yaxud da; Maddə 3- Xristianlığın ilan yumurtalarını basdırdığı yerlər lənətlənməli, yerlə bir edilməli və yer üzünün rüsvayçılıq yerləri olaraq gələcəyin qorxulu ibrət yerləri olsun deyə qorunmalıdır. Buralarda zəhərli ilanlar yetişdirilməlidir. Bu kimi maddələr çoxdur, bunları bilmək üçün kitabı oxumalısınız. Fəlsəfə ilə maraqlanırsınızsa, oxumalı olduğunuz kitablardandır məncə. Olduqca maraqlı və düşündürücü məsələlərə toxunulur əsərdə. Xoş mütaliələr)
Felsefe
DəccalFriedrich Nietzsche · Hədəf Nəşrləri · 05,1bin okunma