• 182 syf.
    ·18 günde·10/10
    Bir yaz akşami Boğaz'in ortasindaki Kiz Kulesi'nin beyaz duvarlarinda Kizilderililerin vahşi olarak gösterildiği bir kovboy filmi izlediğinizi düşleyin. İşte, o an, omzunuza konan marti kulağiniza şunlari söyleyecektir: "Kiz Kulesi"ne de bakiyorsun, Kizilderililere de... Ama gerçeği göremiyorsun... Gel benimle." Bu sözlərlə başlayan, bir şairin bütün gerçəkləri araşdıraraq qələmə aldığı bir kitabla qarşılaşdım. Kitab Amerikanın yerli xalqlarının Amerika müstəmləkəçiləri tərəfindən necə yox edildiyindən bəhs edir. Kitab o qədər məlumatla zəngindir ki, kiçik bir kitaba bu qədər məlumatın sığdığına inana bilmirəm. Ən əsası isə kitabda çox fakt var. Ən maraqlısı isə Amerikanın bu gün İsrailin tarixi torpaqlarını zilas etmək üçün kömək əlini uzatmasının tam əksi olaraq bir zamanlar öz torpaqlarından məhrum edilən öz yerli xalqına heç bir azadlığın verilməməsidir. Azadlığın, demokratiyanın yüksəldiyi bir ölkənin bir irqin yox edilməsi ilə yarandığını görürük. Üstəlik bütün bunları edib birdə onların torpaqların "Azadlıq" heykəli yaradıbdır. Hansı heykəl ki, bu dünyanın insanına bənzəmir . Qırmızıdərililərin dediyi kimi yəqin ki, marslıdır. Üstəlik bütün bu olanlar Fenimor Kuper, Tomas Mann öz əsərlərində, Western filmerinde o qeder təbii şəkildə göstəriblər ki, insan düşünür ki, qızıldərəlilər Amerikanı müstəmləkəyə çevirib. Kitabı şiddətlə tövsiyə edirəm.
    ▶II dünya müharibəsi zamanı Amerika müharibəyə daha çox qaradərili insanları göndərirmiş, Qızıl Xaç cəmiyyəti qaradərili insanlardan qan almırmış çünki, bununla irqlərin qarışa biləcəyini düşünürmüşlər. Elə bu səbəbdən də məhşur boksçu Məhəmməd Əli Viyetnam müharibəsinə göndərildiyi zaman imtina edir. Bildirir ki, Vietnamlıların heç bir günahı olmadığı üçün onlarla qarşı savaşa bilmərəm elə buna görə də boksçu həbs edilərək dünya çempionluğu əlindən alınır.
    ▶Məhşur Amerikan aktyoru Marlon Brando yerli xalq olan qızıldərəliləri daim müdafiə etmişdir. Hətta 1972-ci ildə The Godfather filminə görə Oscara layiq görülür, ancaq o Oscarı rədd edən ilk aktyor olur. Mərasimə onun sözlərini ifadə etmək üçün qızıldərəli bir qadını göndərir.
    Bundan daha çox məlumat var kitabda hətta 60cı illərdə türklərin imperilaizmlə savaşı, Deniz Gezmiş, Amerikanın Azadlıq heykəlinin yaranması və s.