İnsanın insanı öldürməyi, özü də pul, paltar üstündə öldürməyi, məndə yalnız dərin qüssə deyil, eyni zamanda, ikrah hissi doğururdu. Bu, mənə insanın insanı yeməyi kimi dəhşətli və iyrənc görünürdü.
Ömrümdə ilk dəfə İmaşın bu qədər yoxsul, bizim isə varlı olmağımıza qarşı qəlbimdə xoşagəlməz, ağır hisslər oyandı, elə bil ki, varlı olduğumuz üçün mən İmaşdan xəcalət çəkirdim.