Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Sağlığında qiymət verin insanlara...
Bir arzum var, ay adamlar, qoyun deyim, Sağlığında qiymət verin insanlara, Yaxşılara sağlığında yaxşı deyin, Sağlığında yaman deyin yamanlara. Yalnız, yalnız sağ olanda, Hər kəs əsil qiymətini bilər onda; Bu sözlərim düz olmasa töhmət edin. Sizdən rica eləyirəm milyon kərə, Şairlərə sağlığında hörmət edin, Sağlığında heykəl qoyun
Sağlığında qiymət verin insanlara
Bir arzum var, ay adamlar, qoyun deyim, Sağlığında qiymət verin insanlara, Yaxşılara sağlığında yaxşı deyin, Sağlığında yaman deyin yamanlara. Yalnız, yalnız sağ olanda, Hər kəs əsil qiymətini bilər onda. Bu sözlərim düz olmasa töhmət edin. Sizdən rica eləyirəm milyon kərə, Şairlərə sağlığında hörmət edin, Sağlığında heykəl qoyun
Reklam
Sağlığında heykəl qoyun ölməzlərə... Gələcəyə çox da ümid bağlamayın, Sözünüzü sonralara saxlamayın. Ölən kimi yamanlar da yaxşılaşır, Yadlar belə əziz olur ölən kimi. Bu gecikmiş xeyir-dua kimə gərək? Bundan məzar böyüyəcək, Ya ölənmi diriləcək? Diri üçün iynə boyda hörməti mən Ölü üçün min heykələ dəyişmərəm... Üz tuturam uşaqlara, Qocalara, cavanlara; Sağlığında qiymət verin insanlara.