📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Mənə baş sındırmaq üçün dolaşıq məsələlərdən, ədalətə xidmət etməkdən duyduğum məmnunluqdan və normal yaşamaq üçün lazım olan minimum məbləğdə puldan başqa bir şey lazım deyil.
Bir rəvayətdə deyilirmiş ki, lap qədimdə, hansı bir döyüşdəsə türklərin hamısını qırıblar. Onlardan tək bir yaralı oğlan uşağı qalıbmış. Bir dişi boz qurd onu meşədə taparaq bəsləyib, böyüdüb, sonra ondan bir neçə uşaq doğub. Beləliklə, türklərin nəsli yenidən artıb çoxalıb. Amma artıq bunlar həmin boz qurdun törəmələri hesab olunmalıdır. Siz heç canavarlarla maraqlanmısınız? Tutaq ki, dörd-beşi bir yerdə ova çıxır, birlikdə döyüşüb ov edirlər. Həm də cəsarətlə, qəhrəmanlıqla. Bu zaman heç bir heyvan onların qarşısında dayana bilmir. Ancaq elə ki axşam olur, fikir verin, yığılıb bir yerdə yatanda heç biri digərinə arxa çevirmir. Burun-buruna yatırlar. Gözləri də yarıaçıq olur bütün yuxu müddətində. Niyə? Çünki etibarları olmur qarşılarındakına. Gözlərini tam qapamağa ehtiyat edirlər ki, birdən yoldaşı qalxıb onu parçalayar.