Ağ dumantək yuxuna kaş ki, gələydim gecələr,
Qəmli ruhun haralar gəzdi, biləydim gecələr.
Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş,
Baş qoyub sinənə sakitcə öləydim gecələr.
Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib,
Başın üstündə səmaya düzüləydim gecələr.
Ağlayıb gündüzü biçarə buludtək sənsiz,
Baxaraq göz yaşıma sənlə, güləydim gecələr.
Sən qaranlıqda ayı seyr elədikcə, mən də,
Ruhuna ay işığıyla süzüləydim gecələr.
Baş daşım üstə dodaq izlərini öpmək üçün,
Allahımdan da xəbərsiz diriləydim gecələr.
Fəhminin qəlbində son arzu qalmış yalnız,
Ağ dumantək yuxuna kaş ki, gələydim gecələr...
İlqar Fəhmi
Əzabı mən elə gözəl çəkirəm,
Çəkdiyim əzabdan heç kəs usanmır.
Özüm öz başıma sığal çəkirəm,
Məndən söz düşəndə söhbət uzanmır.
Dərd məndən əlini büsbütün çəkib,
Dərdi sonalayıb, qəmi seçirəm.
Əzabın altından pis tütün çəkib,
Üstündən şipşirin su da içirəm.
Ağrıya, əzaba qənim ürəyim,
Hamını yatırdıb gecə ağrıyır.
Bircə mən bilirəm mənim ürəyim,
Hərdən həzin-həzin necə ağrıyır.
Təmkinim elə tez pozulmaz, atam,
Çox da iş pozulur, saç yelən salır.
Xoşbəxt günlərində quduran adam,
Dərdə düşən kimi vay-şivən salır.
Başdan eləyirəm, başdan əkirəm,
Kim doğan səhərə şükür eləmir.
Əzabı mən elə gözəl çəkirəm,
Bir kimsə dərdimdən fikir eləmir...
Ejder Ol
Kader ne tuhaf; kimin hafızasında sonsuza dek güzel kalabilmek için didinip ihtimam
gösteriyorsak, en çirkin halimiz onların hatırasında saklı kalıyor.