Jalə Qurbanova

Jalə Qurbanova
@djala_
"PK" (film, 2014)
Sabahkı imtahana hazırlaşmaq əvəzinə göz yaşları içində, janrı komediya olan bir filmi - Aamir Khanın baş rolda olduğu “PK” filmini ikinci dəfə izlədim. Düşünürəm ki, “PK” hər insanın həyatında ən azı bir dəfə izləməli olduğu filmlərdəndir. Çünki film boyu sadə görünən, amma çox dərin məna daşıyan suallar vasitəsilə insanı öz həyatı, inancları və qəbul etdiyi həqiqətlər haqqında düşünməyə vadar edir. PK-ın məntiqli, lakin cəmiyyət üçün qəribə görünən suallarını eşidən insanlar ona hind dilində "Pee kay hai kya?" - yəni "Sərxoşsan?", "İçmisən?" - deyə müraciət edirlər. Hamının ona eyni şəkildə səsləndiyini görən yadplanetli isə bunun öz adı olduğunu zənn edir və özünü insanlara "PK" kimi təqdim etməyə başlayır. Filmin rejissoru bu qısaltma vasitəsilə incə bir ironiya qurur: cəmiyyətin kor-koranə qəbul etdiyi inancları və stereotipləri sorğulayan insan çox vaxt başqalarının gözündə ya "ağlı başında olmayan", ya da "sərxoş" biri kimi görünür. (Tövsiyədir. İzləsəniz, fikirlərinizi gözləyəcəyəm.)
Jalə Qurbanova
Maraqlı gəldi, izləyəcəm🫠
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
7/10
·322 syf.··
2026 27. kitabı
·
4 günde okudu
·
Okunma: 04 Şubat 2026 15:58
Yenə Əzizə Cəfərzadə, yenə də çəkilən əziyyətə qarşılıq (mənə görə) tam olmayan roman… Əzizə Cəfərzadənin “Sabir” (1989) romanı adından da bəlli olduğu kimi XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşayıb-yaratmış böyük satirik şairimiz Mirzə Ələkbər Sabirə həsr olunmuşdur. Əsərdə Sabirin bədii obrazı yaradılmış, müəyyən tarixi faktlar və məktublar roman mətninə daxil edilərək vahid süjet altında birləşdirilmişdir. Fəqət… “Sabir” müəllifdən oxuduğum dördüncü roman oldu. “Eşq sultanı” romanında yaşadığım xəyal qırıqlığından sonra bir daha oxumayacağımı düşünürdüm. Amma mövzunun Sabirə həsr edildiyini görüb istisna etdim. (“Eşq sultanı” Füzuli haqqında idi və bu, ayrıca məyusluq idi.) Onu da qeyd edim ki, Əzizə Cəfərzadə yazdığı romanlara son dərəcə ciddi yanaşan müəlliflərdəndir. Romanlarında hadisələrin cərəyan etdiyi məkanlara mütləq səfər edir, həmin yerləri yerində öyrənir, arxiv materialları, tarixi faktlar, məktublar toplayırmış. Bu zəhmət və məsuliyyət hissi oxucuya da ötürülür və müəllifin mövzuya münasibətinə hörmət doğurur. Məhz buna görə də, çəkilən bu qədər əziyyətin qarşılığında ortaya çıxan mətnlərin daha bütöv, daha sıx qurulmuş və oxucu ilə daha güclü bağ quran romanlar olmasını gözləyirdim. Hərçənd bu roman əvvəlkindən o qədər də zəif deyildi, amma tam mənada Sabir romanı da sayıla bilməz. Əsərdə müəllifin digər romanlarında olduğu kimi natamamlıq və qarışıqlıq hissi hökm sürür. Yersiz təkrarlar, hadisənin maraqlı yerində qırılıb sonra davam etdirilməməsi, parçalanmış süjet xətti oxucunu ciddi şəkildə yorur. Əlbəttə, Əzizə Cəfərzadənin özünəməxsus üslubu var və bunun fərqindəyəm. Amma bu qədər qırıq-qırıq mətn, ardıcıllığın pozulması artıq üslubdan çox mətnin daxili ahəngi ilə bağlı problemə çevrilir. Fakt bolluğu bəzən bədii bütövlüyü üstələyir və
Edebiyat
SabirƏzizə Cəfərzadə · Azernaşr · 20162 okunma
Jalə Qurbanova
👏🏻👏🏻
Söz-söz, cümlə-cümlə addımladığım Mənim Qəhrəmanım Olarsan?! 2 kitabının redaktə mərhələsi mənim üçün bir sevgi, bir uğur yoluna çevrildi. Nə gözəl hissdir - bir kitabda izinin olduğunu bilmək... Bu, izimi qoyduğum ilk kitab idi.🤍 Mənim Qəhrəmanım Olarsan?! 2 Ehtiram Babaşov Təşəkkürlər, The scribbler
Edebiyat
Jalə Qurbanova
Daha da böyük uğurlara✨🩷
9/10
·80 syf.··
Beğendi
·
2025 233. kitabı
Modernizm - klassizmi inkar edir. Postmodernizm - klassizmi qəbul edir, ancaq onu dağıdıb yenidən qurur. İlqar Fəhmi bu əsərində məhz postmodern ədəbiyyat nümunəsi yaradaraq "Müsibəti-Fəxrəddin", "Ölülər" və "Dəli Kür" əsərlərindən üç əsas obrazı eyni məkanda, eyni hadisələrin fonunda birləşdirir. Amma onları olduğu kimi yox, hər birini tamam başqa bir çalarda, yeni bir məna qatında qarşımıza çıxarır. Qısa, amma çox gözəl əsər idi. Qarşınıza çıxsa, mütləq oxuyun.🩶
Edebiyat
Müsibəti-Fəxrəddinİlqar Fəhmi · Bakı, Xan nəşriyyatı · 04 okunma
Jalə Qurbanova
👏🏻
10/10
·687 syf.··
Beğendi
·
2025 228. kitabı
·
11 günde okudu
·
Okunma: 29 Kasım 2025 00:00
Cinayət və Cəza mütaliə sevgimi alovlandıran, məni daimi oxumağa sövq edən kitabdır. İlk dəfə 15 yaşım olanda kitabxanadan götürüb oxumuşdum və o yaş üçün ifadə edə bilməyəcəyim qədər çox sevmişdim. Bu on il ərzində saysız kitablar oxudum, “şah əsər” sayılan neçə-neçə klassikalarla tanış oldum, amma heç biri mənim üçün Cinayət və Cəza olmadı desəm, yalan olmaz. Oxuduğum ilk kitab deyildi, amma ədəbiyyat və kitab sevgimi oyadan ilk kitab idi. On il sonra qəşəng cümlələrinin tez-tez qarşıma çıxması səbəbilə yenidən, bu dəfə türkcə oxumaq istədim. Azərbaycan dilindəki nəşrinin keyfiyyətini xatırlamıram; o vaxt nəşriyyat və tərcümə mövzusunda məlumatsız idim. Amma bu nəşr - Suç ve Ceza - o qədər gözəl idi ki... Sanki kitab məhz bu dildə, bu cümlələrlə yazılıbmış kimi. Mənim sevimli Rodyam... Yaxşı ki, yenidən oxudum. 10 il keçsə də, bu kitab hələ də mənim üçün “ən” imiş.🩶
Edebiyat
Suç ve CezaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2025194,5bin okunma
Jalə Qurbanova
🫠