Mehri Mehdiyeva yazır ki.. Xəyallar aləmim, coşan dənizim, Qapına gəldiyim yeganə insan. Sən könül həmdəmim, nazlı sevgilim, Sən olmayan dünyanı neyləyərəm?
Şiir
Dəniz | Kəmalə Məcidova Gözlərin dənizim olarmı görən? Enə bilrəmmi dərinliyinə? Bilirsən dənizi çox sevirəm mən, İtərəm gözünün maviliyində. Mənə dəniz boyda ürək bağışla, Mən orda yaşadım arzularımı. Dəniz gözlərindən axan baxışla, Çırpım sahilinə dalğalarımı. Nə ayrılıq odu, nə də ki, həsrət, Sənin limanına heç yanaşmasın. Sən mənə dəniz ol- ismi məhəbbət, Dalğan əllərimi heç buraxmasın…
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
«Bu dünyanın qara daşı göyərməz»
Leyləklərin çöp yuvası boş qalıb, Bahar gedib,payız gəlib,qış qalıb, Göy çəməndə ocaq yanıb,daş qalıb, Bu dünyanın qara daşı göyərməz. Nə bu ocaq közərəsi,sönəsi, Nə o günlər bir də geri dönəsi... Qəm eləmə könlümün bir dənəsi, Bu dünyanın qara daşı göyərməz. O gülyanaq bənddir xoş bir baxışa, Körpə budaq əl açıbdır yağışa, Min baharın hərarəti yığışa, Bu dünyanın qara daşı göyərməz. Ot göyərdib o cığırım,o izim, Tufanlanıb çalxalanmaz dənizim, Daha məndən sevgi umma əzizim, Bu dünyanın qara daşı göyərməz. Araz boyu çox mənalar sezmişəm, Elə bilmə əllərimi üzmüşəm, Ürəyimə daş bağlayıb dözmüşəm, Bu dünyanın qara daşı göyərməz... Musa Yaqub
Gözlərin dənizim olarmı görən?
Gözlərin dənizim olarmı görən? Enə bilərəmmi dərinliyinə? Bilirsən dənizi çox sevirəm mən, İtərəm gözünün maviliyində. Mənə dəniz boyda ürək bağışla, Mən orda yaşadım arzularımı. Dəniz gözlərindən axan baxışla, Çırpım sahilinə dalğalarımı. Nə ayrılıq odu, nə də ki, həsrət, Sənin limanına heç yanaşmasın. Sən mənə dəniz ol- ismi məhəbbət, Dalğan əllərimi heç buraxmasın... 💫 Kəmalə Məcidova
Şiir
Bu dünyanın qara daşı göyərməz.
Leyləklərin çöp yuvası boş qalıb, Bahar gedib, payız gəlib, qış qalıb. Göy çəməndə ocaq yanıb, daş qalıb, Bu dünyanın qara daşı göyərməz. Nə bu ocaq közərəsi, sönəsi, Nə o günlər bir də geri dönəsi... Qəm eləmə könlümün bir dənəsi Bu dünyanın qara daşı göyərməz. O gülyanaq bənddir bir xoş baxışa, Körpə budaq əl açıqdır yağışa. Min baharın hərarəti yığışa Bu dünyanın qara daşı göyərməz. Ot göyərdib o cığırım, o izim, Tufanlanıb çalxalanmaz dənizim, Daha məndən sevgi umma, əzizim, Bu dünyanın qara daşı göyərməz. Araz boyu çox mənalar sezmişəm, Elə bilmə əllərimi üzmüşəm. Ürəyimə daş bağlayıb dözmüşəm, Bu dünyanın qara daşı göyərməz Musa Yaqub
Şiir/Müzik
DƏNİZİM
Bilirəm nə üçün belə çoşursan, Bu cürə dalğana bələdəm sənin. Arada olur ki, səndə susursan, Dözmürsən dünyada dərdə dənizim. Yayın günəşində biraz isinsən, Qışın soyuğunda bəs edər sənə. Külək bərk əsəndə ləpələnirsən, Kədəri anlayan qəmli dənizim. Cavabın verirsən, güclü tufana, Məlumdu cahanda, məqamın sənin. Qəzəbli olursan, qarşı durana, Sözünü deyirsən, bizə dənizim. Ürəklə dalğalan, olsun həvəsin, Təbiət oyansın, varlığın görüb. Yaxşılar içindən, pislər ələnsin, Səndədi ədalət, güclü dənizim. Əziz Qənbərov
Şiir