Mən sevirkən də belə düşünürdüm. Mən istəyirdim ki, sevdiyim məni sevməsin. Ona çatmaq ümidilə yüksəlmək, çırpınmaq, çarpışmaq, yuxusuz gecələr, qanlı vuruşmalar, əzab, göz yaşları, mübarizə... nəhayət, yurduma dönərkən, istiqbalıma çıxmış qızlar tərəfindən başıma səpilən çiçəklər altında məni görməsini və hesablaşmaq əlaməti olaraq, ancaq gülümsəməsini istəyirdim. Yorulurkən, ümidilə qüvvətlənib durmaqsızın irəli, dayanmaqsızın yüksəklərə!..