Seide Selimzade

Seide Selimzade
@drSeide_11
• Per Aspera Ad Astra • 210/500
doctor
Medical Uni
Baku, Azerbaijan
Baku, 11 Temmuz 2000
292 okur puanı
Eylül 2018 tarihinde katıldı
9/10
·258 syf.··
2025 17. kitabı
·
7 günde okudu
·
Okunma: 08 Eylül 2025 17:47
“Basil Hallward, ben olduğumu sandığım kişidir; Lord Henry dünyanın ben sandığı kişidir; Dorian ise benim olmak istediğim kişidir, belki başka bir çağda…” Uzun zaman sonra cəsarətimi toplayıb yazdığım bu incələməyə Oscar Wildeın sözləri ilə başlamaq istədim. Kitabı ilk oxuduğum zaman indiki qədər təsirlənməməyimə təəccüblənmirəm. Çünki, kitablar bizi doğru zamanda tapmalıymış. Və onları oxumaq üçün də həm daxili olğunluq, həm də yaşantıların gətirdiyi təcrübə lazımmış… Bunu anladım. Əvvəlki incələmələrimdə olduğu kimi, burada da əsərin süjet xəttinə deyil, məhz mənim şəxsi düşüncələrimi göz önünə sərmək istəyirəm. Oscar Wilde ’ın Dorian Gray'in Portresi yalnızca bir roman deyil, həm də Viktoriya dövrü İngiltərəsinin dar çərçivəli, basqıcı və qadağalarla dolu mühitinə yazılmış bir etirazdır. Yazar bütün həyatı boyu cəmiyyətin qınaq və tənqidlərinə məruz qalıb, sadəcə cinsi kimliyinə görə həbs cəzası almışdır. Yazdığı yeganə “kurgu” roman isə həyatına işıq tutmaq yerinə, onu daha da ağır bəlaların içinə sürüklədi. Halbuki o, əxlaq qəliblərinə sığmayan bir azadlıq arzusunun, öz həyatını öz iradəsi ilə yaşama istəyinin tərəfdarı idi. “Ahlaklı kitap, ahlaksız kitap diye bir şey yoktur. İyi yazılmış kitaplar vardır, kötü yazılmış kitaplar vardır. Hepsi bu.” Bu sözlərində olduğu kimi, Wilde’ın dünyaya baxışı da sərhədsiz idi. Onun üçün həyat, başqalarının hökm etdiyi əxlaqla deyil, insanın öz seçimləri və iradəsi ilə anlam qazanmalıydı. "Yaşamımızı özgür irademizle, karar vererek yönlendiremiyoruz." (Syf:249) " Bu dünyaya ahlaki değer yargılarımızla caka satalım diye gönderilmedik. Ne vasat insanların sozlerini dinlerim, ne de güzellerin işine karışırım. " ( syf:86) Əsərin qəhrəmanlarına gəldikdə, Basil, Lord Henry və Dorian mənə bir şəxsin üç müxtəlif tərəfini xatırladır. Basil –
Dorian Gray'in PortresiOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 202399,3bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
9/10
·160 syf.··
2024 30. kitabı
·
14 saatte okudu
·
Okunma: 10 Eylül 2024 13:41
Oxumağa başlarkən bu qədər zərif və incə cümlələrlə bəzənmiş bir kitabla qarşılaşacağımı təsəvvür etməmişdim.. Oxuduqca beynimdə sadecə “kaşki zaman geri axsa” düşüncəsi fırlanırdı. Necə 20-ci əsr insanı özünə heyran buraxacaq qədər zərif, saf və təmiz sevgi bəsləyən bir qəlbə sahibdir ki?! Niyə dövrümün insanından bunları gözləmə haqqımızı itirmişik?! Zaman irəlilədikcə insan ruhu geriyə gedir sanki. “Sen bu karanlık ömrümün içine bir sevinç ışığı gibi, kurumaya yüz tutan ekinlere can veren bir nisan yağmuru gibi birdenbire geldin.” “Ben kendimi iyi insan olmayı isterim, fakat kötü olanlara da hayretle bakmam. Hatta kızmam bile, ancak kötülükleri bana taalluk ederse kendimi müdafaa ederim. Şunu esas olarak kabul etmeliyiz ki insanların hemen ekserisi yalnız kendilerini düşünürler. Dünyadaki bütün felaketlerin, uygunsuzlukların, bayağılıkların sebebi işte bu her şeyden evvel kendini düşünmek illetidir” Sabahattin Ali nin 5 ci kitabı olaraq oxuduğum Canım Aliye, Ruhum Filiz i nə qədər tərifləsəm, nə qədər xoş sözlərlə təsvir etsəm az qalar. Digər 4 kitab bir yana, Canım Aliye, Ruhum Filiz başqa yana:). 2 ci məktubu oxumağım, üzümdə gülümsəmə, qəlbimdə tatlı bir sevgi hissinin yaranmasına yetmişdi. Sevgili nişanlısı Aliyəsinə olan təmiz, saf və dərin sevgi, ailəsinə qarşı olan mərhəmət, bağlılıq, nəvaziş… Məncə yazarı az da olsa tanımağa bir neçə məktubu oxumaq belə yetər. “Sevgili karıcığım” diyə səslənişi, “binlerce kez gözlerinden öperim” deyə məktubu bitirişi.. Bir insan sevdiyinə ancaq bu qədər qayğı ilə yanaşa bilərdi uzaqda olmasına rəğmən. Həyat və seçimləri, onu ailəsindən uzaqda olmağa məcbur etsə də, aylarla həbsdə qalsa da, məktubları hər zaman sevgi və özləmlə daşır. “… bana böyle şeyler yazma.. Sonra ben sana deli gibi aşık olurum” “İkl mektuplarımda ‘… bana böyle şeyler yazma..
Canım Aliye, Ruhum FilizSabahattin Ali · Yapı Kredi Yayınları · 202031,6bin okunma
10/10
·559 syf.··
2024 21. kitabı
·
6 günde okudu
·
Okunma: 26 Nisan 2024 11:54
“Dünya Quasimadonunku gibi hassas olan kalpler için bir cehennemdir” - bu əsəri oxumuş olsaydı Goethe Victor Hugo #k:1612. Öz möhtəşəmliyi, dərinliyi, verdiyi mesajlar, sahib olduğu həzin, təsirli səhnələr- dram, tragediya, sevgi ilə hər oxur kimi məni də dərindən təsirləndirən bir kitab oldu. Amma düzünü desəm incələmə yazmaq içimdən gəlmədi əsəri bitirəndə. İndi isə yazmaq üçün səbirsizlənirəm. Çünki bu əsərdə unutmamalı olduğum səhnələr var, o səhnələri gözümdə canlandırdığım zaman keçirdiyim hisslər var, var olmayan bir insan üçün tökülən göz yaşları var. Victor Hugo nun bir tək Bir İdam Mahkumunun Son Günü kitabını oxumuşdum, amma çox güman ki düzgün çevirməndən oxumadığım üçün çətinlik çəkmişdim. Amma #k:1612nda belə səhv eləməmiş oldum:). Romantik akımın ən önəmli yazarlarından olan Hugo kitabda romantizmi mükəmməl şəkildə əks etdirib məncə. Kitabı həvəslə başladım, ilk hissələrini sıxıntı ilə davam etdim, 150-200 səhifədən sonra isə heyranlıqla oxudum və üzüntü ilə bitirdim. Sıxıntılı hissələr Hugonun sevimli Parisini sevgi dolu anlatması, hər daşını qayasını dərindən bizə tanıtması idi. Xüsusən də memarlığını. Bildiyimiz kimi Victor Hugo nun əsəri yazmaqda məqsədi əslində Notre Dame de Paris katedralini restorasyondan, yıxımdan, dəyişiklikdən qorumaq, bu memarlıq abidəsinə həkk olunan tarixin silinib yox olmasının qarşısını almaq idi. O bunu və məncə daha da artığını bacarmış oldu. Əsər 19-cu əsrdə yazılmışdır, olaylar isə 15-ci əsrdə keçir. Hügoya görə bu dövr bir keçid dövrü idi. Memarlıqdan mətbəəyə keçid. Memarlıq, xüsusən də “Gotik mimari” nin əzəməti göz qabağındadır. Bu abidələr əslində özündə, tarixi, insanlığı, zamanının bir çox özəlliyini əks etdirən əsərlərdir. Yəni bir baxımdan “Daşdan Kitablar”. Amma mətbəənin inkişafı yazmaq üçün daha rahat bir yolu ortaya
Kader
Notre Dame'ın KamburuVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 202242,2bin okunma
10/10
·517 syf.··
Beğendi
·
2024 15. kitabı
·
7 günde okudu
·
Okunma: 05 Nisan 2024 01:04
“Martin Eden bir bireyciydi, bense bir sosyalist. İşte bu yüzden ben yaşamaya devam ediyorum ve işte bu nedenle Martin Eden öldü. Bu kitap bireyciliğe bir saldırıdır. Martin Eden, başkalarının ihtiyaçlarının farkına varmayan gerçek bir bireycidir. Hayalleri kaybolduğunda, uğrunda yaşayacağı hiçbir şey kalmaz” Jack London İncələməyə elə yazarın kitab haqqındakı sözləri ilə başlamaq istədim.. çünki başqa necə başlamaq olardı bilmirəm. Düşüncə və hissləri yazıya tökmək nə qədər çətindir.. Oxumaq üçün bu qədər zaman gözlədiyimə görə peşman olduğum bir kitab oldu #k:1614. Heyranlıq, üzüntü, xəyal qırıqlığı, əsəb, mərhəmət, ama ən əsası həyatı biraz daha düzgün yorumlama bacarığı qazanma. Hissetdiklərim və qazandığım bunlar oldu. Əlinə kitab almayan birinin belə oxumalı olduğu və insana oxuma sevgisi qazandırıb bu dünyanın qapılarını onun üçün açacaq olan bir kitabdır məncə. İlk cümlədən də anlaşılabiləcəyi kimi əsər Jack London’un yarı otobioqrafik romanıdır. Martin və Jack London arasındakı əsas fərq isə idealojiləridir. Əsəri bitirdikdə ağlımda sayısız suallar dolanmağa başladı- görəsən Mart bele deyil başqacür davransa idi necə olardı. Görəsən başqa səbəblar eyni nəticəyə gətirərdi mi?! Londonun və Marinin çətin və sıxıntılı həyatını oxuyuduqca ( ən çox da yazmaq üçün yuxusuz, ac qaldığı o günləri) görürəm ki heçnə təsadüfən yaşanmır. Böyük bir yazar olmaq üçün, bütün dünya tərəfindən sevilən bir əsəri yaratmaq üçün o həyatı yaşamaq vacib idi. O çətinliklər, o varolşsal sıxıntılar, xəyal qırıqlıqları və Ruth. [spoiler] Olayların təməlində Martin və Ruth arasındakı hisslər yatırdı. Adına sevgi dediyimiz o hisslər. Qarşılıqlı yaşanan ama iki tərəfin tamamən fərqli yaşadığı o hisslər… bəzən insanı dünyanın ən xoşbəxti edib,
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025135,3bin okunma
10/10
·1552 syf.··
Beğendi
·
2024 11. kitabı
·
17 günde okudu
·
Okunma: 24 Mart 2024 13:24
MÖHTƏŞƏM BİR KLASİKA Tanrı “Ejderhanın dişlerini sökecek, aslanları ayağının altında çiğneyeceksin!” dedi. Monte Cristo Kontu (2 Cilt Takım) oxuyub oxuya biləcəyim ən əvəzedilməz, ən özünəməxsus və necə deyərlər “dadı damaqda qalan” əsərlərdən ən baş köşədə öz yerini aldı.. :) Əsəri oxuduqca, yazara olan heyranlığım qatbaqat artırdı. Belə bir əsər ancaq möhtəşəm bir beynin məhsulu ola bilər.. Əsərdə mürəkkəb, labirint kimi qarşıq, ama hər biri bir-biri ilə görünməz iplərlə bağlı olan olaylar silsiləsi insanın başını qarışdırmaq əvəzinə özünə heyran buraxır. *Spoiler* verməzdən əvvəl oxuduğum müddətcə kecirdiyim hisslərdən yazmaq istərdim… Bunu sözlərlə necə ifadə edə bilərəm bilmirem amma 2 kitabı da oxuğum olduqca cox anda, oxumağı saxlayıbb “ Nəəə, Necəə ola bilərr, Ohaa” deyə sesli şəkildə verdiyim reaksiyalar özümə də zaman zaman təəccüblü gəldi:))). Bu 1500 səhifənin elə bir anı olmadı ki, sıxılım, digər səhifəyə keçmək üçün səbirsizlənməyim. Hər saniyəsini həyəcanla, səbirsizliklə oxuduğum ilk əsər oldu. Hadisələrlə yanaşı, dilin də axıcılığı sayəsində baxanda insanı qorxudan 1500 səhifə əslində o qədət tez bitir ki:,) Bir an kaş 3 cü kitab da olsaydı deyə düşündüm. SPOİLER: romanda məni ən narahat edən və Edmond u da üzən və tərəddüdə uğradan hadisələrdən biri Eduardın ölümü idi. Əsər bitəndə Edmonda bəlkə də ən böyük haqsızlığı edən Danglarsın sadecə sərvətini itirərərək cəzalanması ürəyimi rahatlatmadı, amma Dantesin beynindəki düşüncələr, Eduard olayı, Mersedeslə olan söhbətləri və ürəyinin bir intiqam sözü ilə onu tərk etməməsinin isbatları az da olsa anlamama yardımcı oldu Dantesi. '... eylemsizlik merhamet etmenin en kolay yoludur." Upuzun hadisələr silsilədində dərindən tesirləndiyim anlar cox oldu. Saymaqla bitməz.. Dantesin İf şatosuna
İntikam Soğuk Yenen Yemektir
Monte Cristo Kontu (2 Cilt Takım)Alexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202037,3bin okunma