Əliəkbər Əliyev

Əliəkbər Əliyev
@ekber_043
Tələbə - Mürtəza Mütəhhəri adına azad düşüncə məktəbində
11 okur puanı
Temmuz 2021 tarihinde katıldı
424 syf.
9/10 puan verdi
·
Beğendi
Relslər üstə uzanmış adam - R. Abdullaoğlu "Ahh", dərin bir nəfər alaraq, başlamaq istəyirəm. Bu günə qədər oxuduğum heç bir kitab bu qədər maraqlı, güldürücü, ağladıcı, həyəcanlandırıcı, təssüfləndirici və motivasiyə verici olmamışdı. Kitab intihar qərarına düşmüş, iki gəncin təsadüfən qarşılaşıb, həyatlarını müzakirə edib, nəhayət intihar qərarından ayrılması ilə bitir. Kitab haqda belə bir cümlədə yaza bilərdim: "Sevginin nə dəyərini nə qədər gözəl izah edir". Xeyr! Sevginin dəyərini izah etmir! "Həqiqi sevginin nə qədər dəyərli olduğunu bizə çatıdırır". Bəli həqiqi sevgi, elə bir sevgi ki, hər cür düşmənə, təhlükəyə, xəstəliyə və ən əsasıda qorxuya qalib gəlir. Nə yaxşı ki,bu kitabı oxudum. Bu kitab tam bir şedever, Rövşən Abdullaoğluda həqiqi bir dühadı. Kitabın təsirindən, neçə il ayrıla bilməyəcəm... Təkidlə kitabı almağı sizə tövsiyyə edirəm. Heç vaxt peşman olmayacaqsız. Əsərə verdiyim bal: 93 - (100 ballıq şkalada)
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,030 okunma
Reklam
424 syf.
9/10 puan verdi
·
Beğendi
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu
9.2/10 · 1.030 okunma

Okur Takip Önerileri

Tümünü Gör
130 syf.
5/10 puan verdi
·
Beğendi
Atlantidanın son sakini - Aleksandr Belyayev Əsərdə Mister Solli adlı bir iş adamının "Gizli Atlantidanın" kəşfinə başlamasından, daha sonra Atlantidada hadisələrin cərəyanı, Atlantidanın sonu, orda olan bəzi şəxslərin həyatı haqda kifayət qədər maraqlı məlumatlar verir. Əsər həqiqətən çox maraqlı və cəlb edicidir. Bəzi hissələrdə hadisənin birdəm-birə baş səmtə dəyişməsi sanki insana bir ox kimi batır. İnsanda dərin təsir qoyur. Kitab sözün əsl mənasıda oxunulmaya layiqdi. Ancaq bunu qeyd edim ki, kitabı oxudqda sonda məyuslandım. Elə zənn edirdim, əvvəl Mister Solli və onun macərası haqda azca məlumat verəcək, daha sonra Atlantidanın hekayəsini danışacaq və axırda Cənab Sollinin Atlantidanı kəşf hekayəsini maraqlı və həyəcan verici formada oxucuya çatdıracaq, ancaq belə olmadı... Sanki yazıçı Atlantidanın hekayəsini bitirdikdən sonra Mister Sollini yaddan çıxardı:D Ancaq yenədə oxumaya dəyər bir əsərdir. Əsərə verdiyim bal: 51 - (100 ballıq şkalada)
Atlantidanın Son Sakini
Atlantidanın Son SakiniAleksandr Belyaev · Altun Kitab · 201917 okunma
128 syf.
6/10 puan verdi
·
Beğendi
Xəstəxanada görüş - Aminə Sədr Bintul-Huda Bu əsərin təhlilini 2 istiqamətdə aparmaq istəyirəm. Ancaq əvvəlcə bunu qeyd edim, Aminə Sədr heç bir yerdə təhsil almayan, ev şəraitində oxuyub yüksələn bir mücahidə xanım olub. 1) Bədii olaraq: Əsər yazılış cəhətdən olduqca sadə və axıcı yazılıb, əsəri oxuduqca insanda həyəcan yaradan məqamlara rast gəlmək olur. Ümümi olaraq əsərdə maraqlı hadisələr canlanır, əsərin sonu sadə bir formada bitir. Yaratdığı fikirə əsasən əsər yaxşıdı, uslub cəhətdən isə zəifdir. 2) İdeoloji cəhətdən: Əsərdə o dövr üçün mübahisə doğuran bir çox fəlsəfi mövzülar bəhs olunur, ideya ortaya atılır müzakirə olunur, irad və suallar verilib cavab verilir. Bu cəhətdən əsər olduqca təqdirə layiqdi həqiqətən. Ümümi olaraq əsər ideyasına, təbliğinə, hadisələrin canlanmasına və yazıçının olduğu şəraitə görə olduca gözəl və təqdirə layiq bir əsərdir. Əsərə verdiyim bal: 47 - (100 ballıq şkalada)
Xəstəxanada Görüş
Xəstəxanada GörüşAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 201434 okunma
Reklam
288 syf.
3/10 puan verdi
Dünyalar savaşı - Herbert Uells Kitab marsdan gələn yadplanetlilər ilə insanlar arasında olan müharibədən bəhs edir. Hadisələrin gedişatı, və obrazların təsviri kafidir, insanda təccüb hissi oyadır, bunu xüsüsi ilə qeyd edim, kitabda ən çox təccübləndiyim məqam yadplanetlilərin ölümü idi. Kitabın əvvəlindən bəri, fikirləşirdim görəsən bunları hansı silahla öldürəcəklər, ancaq işin sonu məni təccübləndirdi. Düzdür bu haqda yazıçı ipucu vermişdi ancaq hadisələrin irəlləyişi insanı çaşdırırdı. Və son olaraq da, bunu qeyd edim ki, kitab bu mövzü ilə bağlı yazılan ilk kitab olduğu üçün yetərincə uğurlu olub. Yəni o dövr üçün belə bir kitab həqiqətən çox yeni idi. Ancaq ümümi olaraq məsələyə yanaşsaq kitab o qədərdə maraqlı deyildi. Kitaba verdiyim bal: 32 bal - (100 ballıq şkalada)
Dünyaların Savaşı
Dünyaların SavaşıH. G. Wells · Altun Kitab · 20144,523 okunma
376 syf.
6/10 puan verdi
·
Beğendi
Bu şəhərdə kimsə yoxdur - R.Abdullaoğlu Bu əsərin Rövşən Abdullaoğlunun ən gözəl bədii əsəri olduğunu deyə bilərəm. Əsər yazı uslubu, fikri, hədəfi və obrazların təsviri cəhətdən möhtəşəmdi. Hadisələrin gedişatı insanı həqiqətəndə heyrətləndirir, bəzi hissələrdə insan çox təsirlənir, bəzən həycanlanır bəzən isə heyifslənir, ancaq sonda.... Əsərdə baş obraz olaraq digər şəxslər canlansanda, ancaq həqiqətdə, baş obraz Villidir. Kitab haqda bundan artıq yazmaq istəmirəm. Kitabı çalışın mütləq oxuyun, əmin olun peşman olmayacaqsız. Kitaba verdiyim bal: 59 - (100 ballıq şkalada)
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,663 okunma