Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

elşən

elşən
@elshen_suleymanzade
6 okur puanı
Mayıs 2020 tarihinde katıldı
223 syf.
9/10 puan verdi
·
Beğendi
·
20 günde okudu
Bir avropalının dilindən adından da məlum olduğu kimi İslam mədəniyyətindən bəhs edən 223 səhifəlik bir kitab. Oxuduqca həm təəccübləndirir, həm də insanda təəssüf hissləri yaradır. Kitabda bu mədəniyyətin harda və necə zirvəyə qalxdığı, harda və necə zəiflədiyini görə bilərik. Yeni yaranmış İslam mədəniyyəti fəth etdiyi yerlərin mədəniyyəti mənimsəyib, onu inkişaf etdirib yeni nəsillərə bəxş etmişdir. Bir çox avropalı alimin kəşflərinin təməlində islam alimlərinin tədqiqatları dayanır. Hətta Daniel de Fonun məşhur Robinson Kruzo əsərinin də ibn Tüfeyl adlı bir şəxsin romanından ilhamlandığı da ehtimallar arasındadır. Bir çox tarixi şəxsiyyətlərin adları kitabda vurğulanır, həyatlarından, kəşflərindən söhbət açılır. Bəzi yerlərdə zikr edilən çoxlu adlar yadda qalmasa da oxumağa dəyər bir kitab olduğunu düşünürəm. Kitabın tərcüməsində və hazırlanmasında əməyi keçən “Onlara de” ailəsinə də minnətdarlığımı bildirirəm...
İslam Mədəniyyəti
İslam MədəniyyətiWill Durant · OnlaraDe Nəşriyyatı · 201921 okunma