Gülsüm

Gülsüm
@emralizade
24 okur puanı
Ağustos 2023 tarihinde katıldı
ANA elə hisslər var ki, adları yoxdu bəlkə də hisslər yoxdu bəzən elə şeylər olur ki, sözlərlə ifadə edə bilmirsən bəzən darıxmaq deyirsən darıxmaq izahlı lüğətdə sıxılmaq bezmək deməkdi bəs hiss olaraqda darıxmaq belədir mi? Darıxmaq nədir ? Darıxmaq nəfəssiz qalıb boğulmaq kimidi, eni uzunu bucağı olmayan xətti ekvator olan bu dünyaya sığmamaq. Gecənin zülmət qaranlığında xatirələrdə aydınlanmaqdı. Günəşə həsrət, gecəyə düşmən olmaqdır. Darıxmaq xatirələrə sarılıb yuxuna gələr ümidi ilə xəyallarda qeyb olmaqdır. Darıxıram deyə bilmərsən bəzən... Bəzən sarılıb tapa bilməməkdi. Qəbrinə səssizcə səslənməkdi ANA. Gecənin ən gözəl rəngidi darıxmaq, elə darıxmaq üçün doğulub gecə Ana. Çox darıxıram...