Elxan Elatlının qələmindən oxuduğum ilk roman idi. Ah Əsmər... Amansız cəmiyyətin, mentalitetin qurbanı olmuş daha bir qadın. Cəmiyyətimizdə o qədər arzusu ürəyində qalmış Əsmərlər və buna səbəb olan şərəfsiz Eyvazlar var ki. Yazıçının romanda bir çox qadınların yaşadığı bu halları, incəliklə işləməsi... Romanda bir çox şeyləri bəyəndim insanı düşünməyə, gözü açıq olmağa vadar edir. Ancaq bəyəndiklərim ilə yanaşıda bəyənmədiklərim də oldu. Kitabda hadisələrin dəfələrlə vurğulanaraq təkrarlanması, cinsəllik və intim münasibətlərin bəhsinə çox yol verməsi romanı sıxıcı edirdi. Susan QadınElhan Elatlı
Susan QadınElhan Elatlı · Xan Nəşriyyatı · 2022570 okunma
Varis Yolçuyevin qələmindən oxuduğum ilk əsərdir. Kədər və hüznlə bitən sevgi hekayəsi. Kitabda müxtəlif zamanlarda baş vermiş, müxtəlif sevgi hekayələri var. Məsələn, Sənubər ilə Anar , Alya ilə İsmayıl, Şəhla ilə Həsən və indiki dövrdən olan bir çox məktəbli sevgililər. Lakin yazıçı hekayədə əsas diqqəti Ayla və İsmayılın üzərinə çəkib. İmkanlı ailədən olan evin tək qızı Ayla kasıb ailədən olan şair İsmayılı sevir. Kitab demək olar ki, valideynlər üçün yazılıb. Yazıçı sevginin günah olmadığını, sevənlərin qovuşmalı olduğunu diqqət mərkəzində saxlasa da, Azərbaycanda 20% valideynin kitab oxuduğunu hər birimiz yaxşı bilirik. Əsərdə ən çox sevdiyim isə müxtəlif alimlərdən, yazıçılardan, psixoloqlardan gətirilən sitatlar oldu. Və yazıçı bir daha sübut etdi ki, əsl sevgi maddiyyata baxmır. Ancaq indiki dövrdə mənəviyyat maddiyata məğlub olub.
Uzaqdan gələn yağış elə gözəl yağırdı ki... Uzaqdan Gələn YağışVaris