Kitabı bir nəfəsə bitirdim. Həqiqətən oxuyarkən həm əyləndim..həm gerildim..həm də kitabın sonlarına yaxın gözyaşlarına qapılmamaq çox çətin idi.. Kitabın içində bir birindən fərqli 14 nəfərin metro qəzası nəticəsində enkazın altında qalmasından və onların yaşam uğrunda mübarizəsindən danışılır. Hər biri ayrı xarakterdə olan insanların günlərcə bir yerdə qalması.. Enkaz altında ölümləri gözlənilən kimi yox fərqli tərzlərdə baş verir.. Ümidi ən çox olanlar və güclü qalmağı bacaranlar isə ən sona qalmaqı bacarırlar. Bəs sonda kim xilas ola bilir? Ümumiyyətlə xilas olan tamamilə xilas olmuş sayılırmı?
Özünüzü gedib bir otağa kilitləyin və özünüzlə birlikdə o otaqda 13 nəfərin daha olduğunu düşünün. Həmçinin yemək və suyunuz da yoxdur. Düşünmək belə dəhşətə gətirir adamı.. Birdə oxuyarammı? Bilmirəm. Ama oxuduğuma qətiyyən peşman olmadım.