Kürk Mantolu Madonna haqqında düşüncələrimi desəm, bu kitab mənə sakit görünən insanların içində necə dərin fırtınalar olduğunu hiss etdirdi. Oxuyanda başa düşdüm ki, hər kəsin içində danışılmamış hekayələr var və bəzən insan ən çox sevdiyi şeyi belə qorxudan yaşaya bilmir.Mənə görə bu kitab sevginin o “gözəl və sadə” tərəfini yox, daha çox ağır, insanı dəyişdirən tərəfini göstərir. Raif Efendinin susqunluğu, içində yaşadıqları məni çox təsirləndirdi. Bəzən özümü də onun kimi hiss etdim — çox şeyi içimdə saxlayan biri kimi. Bu kitabı oxuyandan sonra sevgiyə baxışım bir az dəyişdi. Artıq düşünürəm ki, sevgi təkcə xoşbəxtlik deyil, həm də insanı sınağa çəkən, onu ya çox gücləndirən, ya da içindən sındıran bir hissdir.Qısası, bu kitab mənim üçün sadəcə bir hekayə yox, hiss etdiyim amma adını qoya bilmədiyim duyğuların sözə çevrilmiş halıdır.