Bir gün biri uşaqlarımıza deyəcək: “Eynən atana (anana) oxşayırsan.” Bunun təhqir olmaması, bizim necə bir adam olduğumuzdan asılıdır.
Bu aralar heç o deyiləm Qara gecə, qara eynək, eynən Cənnət uzaq, topla meyvə yerdən Bu aralar heç o deyiləm Heç o deyiləm, deyiləm •Rio & Joseph Abbas - Bu aralar heç o deyiləm
Alıntı
Reklam
Bəzi vaxtlar tək qalmaq istəyirsən. İstəyirsən, yanında heç kim olmasın. Ancaq belə anlarda da beyninə çagırılmamış qonaq kimi daxil olan fikirlər buna imkan vermir. Bizim bütün fikirlərimiz, arzularımız necə də sadə və mənasızdır. Biz insanlar da o ucuz fikirlərin müştərisiyik. Odur ki, həyatımız da elə o fikirlər kimi boş, mənasız və bəsit olur. Toxunduğumuz hər şeyi kor günə qoyuruq. Eynən fikirlərimiz kimi... Tez- tez kədərli və mənasız fikirlər mənə qonaq gəlir. Mənsə həmişəki kimi onlarda məna tapmağa çalışıram. Tək onlarda yox , özümlə baş verənlərdə, ətrafımda, həyatımda axtarıram bu mənanı .
13-ün mənasız fikirləri)
Heç özünüzü kənardan seyr etmək kimi bir imkanınız olub? Bəzən həyatını a-dan z-yə bildiyim insanların sosialda və ya tanış olmayan insanların içində davranışlarını müşahidə etməyi çox sevirəm. Xarakter olaraq müşahidəçi olmaq, vəziyyəti analiz etməyi və ətrafa nəzər salmağı çox sevən tipəm bu bəzən mənə ilham verir, bəzən isə mənim özümdədə bir çox suallar yaradır və ya yaranan suallara cavab tapmağıma kömək olur. Eynən indiki kimi. Başqalarını el dilində desək "qınamaqdan" əvvəl özümü "qınasam" yeridir. Özümü bəzi məqamlarda zəif və gücsüz, bəzən ağılsız, təcrübəsiz göstərdiyim çox olub. İndi isə hərdən mənə niyə belə davranır(lar) deyə əsəbləşdiyim məqamlar çoxalıb bir sözlə. Əslində fərqinə vardım ki, bu şəraiti mən yaratmışammış. Daha şirin, daha sevəcən olmaq naminə, qarşımdakı insan özünü daha dəyərli hiss etsin deyə və bla bla bla kimi mənasız bir sürü "bəhanə" saya bilərəmmiş. Bu mənə nə verdi? Siz deməyin özüm deyim - HEÇNƏ.... İndi isə anlayıram onlar özlərini olmadıqları insan kimi başqalarına "sataraq" öz daxili xoşbəxtliklərini tapırlar. Əsas odur qarşındakı ya sənin varlılığınla əzilsin, yada həsəd aparsın yaxşı yaxşı daha positive düşünüm sənin xoş günlərinə baxıb "sevinsin"( bilirəm, bilirəm heç inandırıcı deyil ) . Öz həyatımı yaşayıram deyənlərin bir çoxu başqaları üçün yaşayır əslində. Tutaq ki mən bu mənasız fikirləri yazdım deyə o insanlar üçün nəsə dəyişəcəkmi? Əlbəttə yox. Bəs mən? Mən tətmin oluram bununla? Ümid edirəm ki, yox. (cavab hə də ola bilər) Fikirlərim oxuyanlarında iç səsinə və düşüncəsinə görə fərqli-fərqli çalarlar alacaq. Biri dəli olduğumu düşünəcək, digəri mənasız yazılar oxuduğunu, okeyy biraz positive olsam ən azından bir neçəsi (mənim kimi dəlilər) düşünəcəkki az da olsa məna tapmaq olar bəlkə?) ya da heç biri) Nəysə...
Duygular
Həsrətin elmi izahı
Tachyon - bu, təkcə nəzəriyyə deyil, bəlkə də həsrətin elmdəki izidir. Həsrət bəzən bir hiss deyil, vaxtın içində ilişib qalmış bir an kimidir. O an sanki yaşanmalı idi, amma keçib getdi. Ya da heç yaşanmadı, sadəcə daxilində iz qoydu. Bax, tachyon da bu cürdür: o, zamanın normal axışına tabe olmur. Gələcəkdən keçmişə doğru hərəkət edə bilir. Yəni olmayan bir şeyin təsiri, olmuş kimi hiss etdirə bilər. Həsrət də eynən budur. Bəzən hələ baş verməmiş bir şeyə darıxırsan. Sən onu yaşamamısan, amma ruhun sanki onu tanıyır. Bu tanışlıq haradandır? Haradan gəlir bu qədər yaxınlıq? Bəlkə də tachyonların gətirdiyi informasiyadandır vaxtı aşıb gələn bir xatirənin izi kimi. Həsrət, əslində, gecikmiş bir görüş, deyilməmiş bir cümlə, toxunulmamış bir əldir. Bunların hər biri, tachyonun mahiyyətində olduğu kimi, real olub olmaması arasında qərarsızdır. Varla yoxun sərhədində dayanar. Elə bil ürəkdə var, amma həyatda baş verməmişdir. Və sən bu hisslə yaşayırsan hələ yaşanmamış, amma dərinlərdə çoxdan var olan bir şeyə darıxaraq. Bu da tachyonun insan ruhundakı izidir. O, fiziki aləmdə yoxdursa da, hisslərin dərinliyində var. Tachyon darıxmaq üçün səbəb gözləməyən bir hissin elmi qarşılığıdır. Vaxtı aşan, səbəbsiz yaranan və keçmişlə gələcək arasında çırpınan bir həsrətin izahıdır.
eynən...
''Zaman unutturmaz, uyuşturur.'' Charles Bukowski
Alıntı
Reklam
Reklam