Cavad susurdu. Kağızlara, yazılara baxır, onların nə vaxtsa ağac olduğunu, altında kimlərin dincəldiyini təsəvvür etmək istəyirdi. Görəsən, bu ağacların günahı nə idi ki, bağırlarına bu qədər lazımsız sözlər həkk olunmuşdu?
Siz bilirsiniz ailə, sevgi nə deməkdir? Ailə bütün birliklərdən fərqli olaraq, mənəvi bağlarla birləşir. Ailənin bir üzvü boğularkən onu orada qoyub getmək yerinə, hamı o kəsi xilas etmək üçün çabalayır.