Farid Abbasov

Farid Abbasov
Bütün doğulan ümidlərin gecəylə ölməlidir.. open.spotify.com/user/317tyfr4kp...
8/10
·141 syf.··
2025 36. kitabı
·
3 günde okudu
·
Okunma: 08 Eylül 2025 22:58
Bu kitaba təhlil yazmasam, olmazdı. Kitab maraqlı və fərqli mövzusu ilə diqqətimi çəkdi. Müəllif günümüzün dəhşətli reallığını qara yumorla təqdim edir. Mənə George Orwell kitablarını xatırlatdı. Həyata qarşı ümidini itirənlər mağazaya yaxınlaşaraq, intiharlarını asanlaşdıracaq vasitələr əldə edirlər. Özünü asaraq öldürmək istəyənlər üçün ölçüyə uyğun iplər, daha asan ölüm istəyənlər üçün müxtəlif qarışıqlı zəhərlər və s. Mağazanı işlədən Tuvache ailəsi, mağazada elə bir abu-hava yaradırlar ki, müştərilərin fikirlərini dəyişəcək ən kiçik detal belə, onlar üçün qəbuledilməzdir. Hətta, bunun üçün öz övladlarına belə həyata qarşı nifrət duyğusunu aşılayırlar. Ancaq bir gün mağazada gülən bir uşaq onların bütün planlarını alt-üst edir. Bu, Tuvache ailəsinin ən kiçiyi olan Alan'dır. Böyük bir fəlakətin başlanğıcı! Kitabda bəzi incə məqamlar diqqətimi çəkdi. Məsələn, mağazanın yerləşdiyi küçənin (tərcüməsini bilmədim, türkçə "site") adının "Unudulmuş Dinlər" olması... Mağazanın əvvəllər məscid və ya kilsə kimi istifadədə olması və dini ayinlər keçirilən yerdə indi Tuvache ailəsi tərəfindən zəhərlərin hazırlanması... Tuvache ailəsinin hər səhər xəbərlərə baxaraq, dünyada baş verən neqativ hadisələrlə beyinlərini doldurmaları... Uşaqlarına müxtəlif dövrlərdə intihar etmiş görkəmli şəxslərin adının verilməsi (Vincent Tuvache (Vincent Van Gogh), Marilyn Tuvache (Marilyn Monroe), Alan Tuvache (Alan Turing)... Ailəyə bir möcüzə olaraq doğulmuş Alan'ın, öz optimistliyi ilə bütün ailənin həyatını dəyişməsi və s. "Həyatda uğurlu ola bilmədiniz? Bizə gəlin, ölümünüz uğurlu olacaq!" - şüarı ilə fəaliyyət göstərən mağazaya gələn müştərilərin intihar etmələri üçün özlərinə görə haqlı səbəbləri var... Biri deyir, yoldaşımın xəyanətini öyrənmişəm, biri deyir xəstəyəm, ölümümü tezləşdirirəm,
İntihar DükkânıJean Teule · Sel Yayıncılık · 202417,7bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Dəlilik ilə Dühalıq arasında qalan Asil..
9/10
·216 syf.··
2025 30. kitabı
·
6 günde okudu
·
Okunma: 21 Ağustos 2025 21:42
Dəlilik və Dühalıq. Arasında incə bir xətt var. Və bu xəttin üzərində gedib-gələn bir Asil'imiz var. Amma qəhrəmanımızın tərəddüddə qaldığı məqam sadəcə bu deyil. O həm də həqiqət və yalan arasında da ilişib qalır. Hakan Günday bu kitabında Asil'in həyatını dolaşığa salır. Nəyin həqiqət, nəyin yalan olduğunu aydınlaşdıra bilmirsən.. Kitab Asil'imizin bir məktub alması ilə başlayır. Həm də intihar etmək istədiyi gündə. 29 illik həyatının son günündə aldığı məktub onu çaşbaş salır. Məktubda onun, əslində, "geri zəkalı" deyil də, bir "düha" olduğu yazılır. Və sən demə, bu məktubu o, hələ uşaq ikən gələcəkdəki özünə yazıbmış. Amma bu da tərəddüdlüdür. Çünki anası ona başqa bir hekayə danışır, atası isə bambaşqa hekayə danışır. O isə hər ikisi ilə də razılaşmır.. Və budur, o ailəsini öldürmək qərarına gəlir. Düşünürsüz ki, o, ailəsini ona yalan danışdıqları üçün, uşaqlıqdan "axmaq" deyərək böyütmələri üçün öldürür? Xeyr! Ailəsi onun ölümünü görüb kədərlənməsinlər deyə, ilk öncə onları öldürmək qərarına gəlir, sonra intihar etmək istəyir. :) Ancaq bu məktub onun fikrini tamamilə dəyişir. O, bu dühalığından istifadə etmək qərarına gəlir. Və beləcə, onun bu qərarı gələcəyinə xitam verir.. Asil həqiqətlərlə üzləşməmək üçün, özünə yaratdığı yalan dünyanı çıxış yolu hesab edir, amma bu da onun çöküşünə səbəb olur. Ona təqdim olunmuş bilgi, bacarıq və düşüncələrin ağırlığından zehni çökür və dəli olmağına səbəb olur. Bəzi məqamlarda, o, özü belə öz həyatına nəzarəti itirir. İnsanlara dərs verməyə çalışır. İnsanların etdikləri pislikləri onların üzünə vurmağa çalışır. Və təbii ki, bu, insanlar arasında xoş qarşılanmır. Dəliliyin sonu intihar deyilsə, linçdir...
AzilHakan Günday · Doğan Kitap · 202411,3bin okunma
10/10
·355 syf.··
Beğendi
·
2025 27. kitabı
·
6 günde okudu
·
Okunma: 15 Temmuz 2025 00:17
Bəlkə də, AZ hər şey deməkdir. Və bəlkə də, mənim sənə deyə biləcəyim tək şeydir... Kitabın təhlilinə necə başlayacağımı həqiqətən bilmirəm. "Necə bir təhlil yazım ki, bu qədər yükü öz üzərinə götürən bu 355 səhifəlik kitaba yaraşan bir təhlil olsun" - deyə düşünürəm. Necə yəni bu qədər yük? Çünki kitabda nə desəniz var: şiddət, cinsi istismar (pedofiliya), məcburi uşaq evliliyi, insan alveri, narkomaniya və saya bilməyəcəyim çox şey... Adına insan dediyimiz məxluqların "bu qədəri də olmaz" deyəcəyimiz qədər etdikləri hər şey... Kitabın əsas obrazlarından biri: Derdâ. Sadəcə 11 yaşı var. Və ailəsi tərəfindən istənməyən bir qız uşağıdır. Atası zatən hələ Derdâ doğulmamış onları tərk edir. Anası isə, pul qarşılığında 11 yaşında ərə verir (satır!). Daha sonra Derdâ'nın başına gələnlər o qədər qəribədir ki... Zorla ərə verildiyi adam tərəfindən döyülməsi, evdən kənara çıxmağına qadağa qoyulması, 5 ildən sonra fürsət tapıb evdən qaçması, əynindəki çadrasını çıxarıb tullayarkən saçından qorxub dibindən kəsməsi, davamlı olaraq yanlış insanlarla qarşılaşması... (bu kitabdan sonra insanlara nifrət edəcəksiniz!) Kitabın ikinci əsas obrazı: Derda. Sadəcə 11 yaşı var. Qəbirstanlıqda qəbir daşlarını yumaqla məşğuldur. Bu obrazımızın əsas hekayəsi, təsadüf nəticəsində Oğuz Atay'ın Tutunamayanlar kitabına rastlaması ilə başlayır. Oğuz Atay adı o qədər tanış gəlir ki, sırf bu kitabı oxumaq üçün məktəb üzü görməyən Derda'mız oxumağı öyrənir. Və oxuduqdan sonra anlayır ki, neçə illərdir ki yuduğu qəbir daşlarından biri də, məhz Oğuz Atay'ın imiş... :) Və kitaba o qədər aşiq olur ki, hətta yuxusunda xəstəxanada ürəyini çıxarıb yerinə bu kitabı qoyduqlarını görür. Möhtəşəm deyil?) Və bu obrazımız önünə bir hədəf qoyur: Oğuz Atay'ın bütün kitablarını oxuyacaq və onun ölümünə səbəb olan hər kəsdən
AzHakan Günday · Doğan Kitap · 201926,9bin okunma
"Yaşamaq, amma necə?.."
10/10
·210 syf.··
Beğendi
·
2025 21. kitabı
·
3 günde okudu
·
Okunma: 16 Haziran 2025 23:17
Ağrı bizim yaradılışımızda var! İnsan ömrü o qədər fanidir ki, sən 100 il də yaşasan, 50 il də yaşasan, hətta, 10 il belə yaşasan, ağrını dadmadan bu həyatdan köçüb gedə bilmərsən.. Götürək öz həyatımızı. "Hələ gəncik" dediyimiz yaşdayıq. Uşaqlıqdan bu yana o qədər ağrılar çəkirik ki, hər yaş artdıqca həyatımızda "Niyə?"- lərin sayı çoxalır. Bəzən, hətta, "Niyə yaşayıram?", "Budurmu yaşamaq?", "Bu qədər əzab çəkmək olarmı?" məqamları da gəlir. Həqiqətən, Fugui.. Bu qədər əzab çəkmək olarmı?.. Varlıqlı bir ailədə doğulan, əzab-əziyyət görməyən, atalarından yadigar qalan torpaqların son qəpiyinə qədər qumara və fahişəxanaya xərcləyən və bütün bunlardan sonra əzablı günləri başlayan Fugui'nin hekayəsi... Bir gün "Necə ölmək istəyərsən?" sualına, "Necə ölürəmsə ölüm, bircə sevdiklərimin ölümünü görməyim.." cavabını vermişdim. Zamanla, xüsusən də bu kitabı oxuduqdan sonra, bunun biraz "eqoist" düşüncə olduğunun fərqinə varıram. Çünki, mən özümü düşünərək, sevdiklərimin mənə görə əzab çəkmələrini gözardı edirəm. Fugui hekayəsinin sonunda belə bir cümlə işlədir: "Bütün sevdiklərimi bir-bir tabuta qoydum, amma mən hələ də həyatdayam, yaşayıram..." Bəs buna "yaşamaq" demək olarmı? Fugui və ailəsinin çəkdiyi əzablar, ac qalmamaq üçün verdikləri savaşlar, bütün ailənin zamanla məhv olması... Bəlkə də, elə "yaşamaq" budur...
YaşamakYu Hua · Jaguar Kitap · 202670,7bin okunma
3/10
·256 syf.··
2025 17. kitabı
·
3 günde okudu
·
Okunma: 24 Mayıs 2025 18:53
Mənəvi inkişaf və Motivasiya tipli kitabları oxumağı sevmirəm. Bu kitabı da tövsiyyə əsasında oxudum və bir daha bu janrda oxumayacağıma əmin oldum. Əslində, bu tip kitablar bizə fərqli bir fikir söyləmir. Bizim bildiklərimizi bizə yenidən aşılayır. Hətta, məncə, bir yerdən sonra, mənəvi inkişaf yox, əsəb verməyə başlayır (ən azından bu kitabda belədir). Kitabın müəllifi Eckhart Tolle 30 yaşına kimi intihar depressiyası dövrləri ilə müşahidə olunan davamlı sıxıntı içərisində yaşayıb. Belə bir günlərin birində yuxudan şiddətli qorxu içərisində oyanıb, ətrafda gördüyü hər şey gözünə o qədər mənasız görsənib ki, dünyaya nifrət etməyə başlayıb və mövcudluğunun mənasızlığını dərk edib. Qəflətən, yaşadığı iztirablardan qurtulmağa və özünü "aydınlatmağa" qərar verib. Və belə bir kitab ərsəyə gəlib.. Kitabın ümumi mesajı da məhz belədir: "Keçmiş iztirablarınızdan və Gələcək qayğılarınızdan qurtulun, İndiyə köklənin. Keçmişinizdən dərs çıxarın, amma keçmişdə qalmayın. Gələcəyi düşünməyin, çünki Gələcəyi düşünsəniz, İndini yaşaya bilməzsiniz". Bu qədər. Kitab bu 3 cümlə üzərində qurulub. Hər 2-3 səhifədən bir, bu cümlələrin başqalaşmış forması qarşınıza çıxır.
İndinin GücüEckhart Tolle · Qanun Nəşriyyatı · 20194,141 okunma