Bu hayatta kimseye hiçbir şeyi tam olarak anlatamayacağını anlamıştı. Biri için ölüm kalım meselesi olan, diğerinin gözünde toz kadardı. İsa çevresindeki mezarlara baktı ve iyi ki ölüyorlar, dedi içinden. İnsanoğlunun, hak ettiği için öldüğüne o gün inandı. Ölene kadar da başka bir şeye inanmadı.
"Həyatımdakı heç kəs məni özüm qədər təəccübləndirə bilmədi. Heç kəs mənə özüm qədər yaxşı yalan danışmadı və heç kəs özüm qədər yaxşı anlamadı hansı sözüm yalandır, hansı yox. Heç kəsi tanımadım bu qədər ikiüzlü olan. Saxta. Riyakar. Ürəyim bu qədər sevgisizliyə necə tab gətirdi, bilmirəm. Ya da vicdanım necə götürdü bu qədər saxtalığı? Necə bu qədər təbii göstərə bildim hiss etmədiyim qayğıları? Necə gülə bildim səmimi? Anlamıram. Beynimin bunu anlaya bilməsi deyəsən mümkün deyil. Baxışlar hər şeyi açığa çıxarardı axı? O qayda da artıq keçərli deyil? Deyəsən deyil. Çünki heç vaxt baxmaqdan çəkinməmişəm. Qarşımdakının gözlərinin tam içinə. Ta ki orada öz əksimi görənə qədər. Özümlə üzləşmək bu deyilmi? Dürüst olmaq bu deyilmi? Deyəsən dünya qanunlarını çeynəyirəm. Tərbiyəli, saf, səmimi olmayanı sevmək olmaz. O halda mən özümü necə sevə bildim? Həm də bu qədər çox... "