Sövq-təbii olaraq hiss edirdi ki, hər səhər dünyaya iki günəş doğur: səmanın eşqinə evinin damına çıxan o əsrarəngiz gözəl və o gözəli öz işığına qərq edən günəş!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Ən çox yadımda qalan bir hadisə var, aclığın insan ağlını söndürməsini mən onda gördüm. Düşərgədə bir neçə gənc tarladan qayıdanda dərəyə yaxın, ətrafı hasarlanmış yerdə tağlarda yemişləri görüblər. Cumub hərəsi yemişlərdən ikisini, üçünü qopardıb. Paltarlarının, səbətlərinin içində düşərgəyə gətiriblər. Çox keçməmiş tarlanın sahibi şikayətə gəldi. Səs-küyə çıxdıq. Yemişləri tapdılar, günahkarları karsa göndərdilər. Karsda biri öldü. Digərlərini karsdan çıxandan sonra gördüm. Dedim, ay bala, oğurlayıb yaxşı etmişdiniz, bəs niyə yeyib aradan çıxmamışdınız? Bax onda gözləmədiyim cavabı oğlan mənə vermişdi: "Yemişlərin iy verəcəyi ağlımıza gəlməmişdi".
Deyilənə görə, Ağa Musa bir gün mədənə gələndə görür ki, kontorun yanında bənnalar və fəhlələr nahar fasiləsinə çıxıb yararsız taxta-tuxtadan ocaq qalaylb, söhbət edirlər. İş icraçısı papiros büküb kibritlə yandırır. Kənardan bu mənzərəni seyr edən Musa Nağıyev ona deyir ki: "Bala, sən sabahdan işə çıxma! Get kontora, haqq-hesabını al!" İş icraçısı da "Nəyə görə, Ağa Musa?" deyə soruşduqda o da əsəbi halda cavab verir ki, "Qabağında o boyda ocaq ola-ola, papirosu kibritlə yandırırsan. Əgər sən öz malının qədrini bilmirsənsə, mənim malımın qədrini necə biləcəksən?!"
Çingiz İldırım kommunistlərə ilk qapı açan adam idi, onu yanımızdan aparıb güllələdilər. Əliheydər Qarayevi güllələyəndə zindanda dostlar dedilər ki, cumhuriyyət hökuməti sovetlərə təslim olan vaxt Rəsulzadə belə deyibmiş:
"Yoldaşların səni güllələyəndə məni xatırlayacaqsan".