fatimə

fatimə
Yaşamaq yanmaqdır, yanasan gərək. -B. Vahabzadə
İnformation technologies
Baku Engineering University
55 okur puanı
Ocak 2020 tarihinde katıldı
Siddhartha: Həqiqət olmaq
9/10
·148 syf.··
Beğendi
·
2026 4. kitabı
Həqiqəti axtarmaq yoxsa həqiqət olmaq? Həqiqət necə tapılır? Hermann Hesse Siddhartha adlı əsərində Siddhartha obrazı və onun daxili monoloqları üzərindən bu suallara cavab verir, mən isə sadəcə kitabları və analizi sevən mexaniki yönümlü IT tələbəsi kimi bu kitaba dair görüşümü bölüşürəm. Siddhartha. Brahman. Doğuşdan dini ayinlər içində, tanrılara sunaqlar verən, ibadət edən, meditasiya ilə məşğul olan ata ilə böyümüşdü. Buna görə də günahlardan uzaq, dünyəvi zövqlərin arxasınca düşüb özünü itirməmişdi. Bütün bunlara baxmayaraq, axtardığını tapabilməmişdi. Zaman keçdikcə daxilindəki suallar və şübhələr artmağa başladı, çünki nədən qaçdığını, özünü nədən qoruduğunu bilmirdi. Məqsəd "Nirvanaya" çatmaq idi, halbuki əgər atası, müəllimləri və digər Brahmanlar düzgün yolda idilərsə, niyə hələ də məqsədə çatmamışdılar? Niyə illərlə eyni rutinin daxilində ilişib qalmışdılar? Öz həqiqətini tapmaq istəyi ilə atası razı olmasada atasından ayrılır, öz iç səsini dinləyərək Samanalara qoşulur, axtardığı şeyi orada tapacağını umur. Qaçmalı və qamçılamalı olduğu şeyin dünyəvi zövqlər və istəklər olduğunu düşünür, dostu Govindanı da bu yolda özünə qoşur. Govinda – Siddharthanın daim dəstəkçisi, yaxın dosdu. Samanalar oruc tutur, yuxusuz qalır, dilənir, cırıq paltarla yaşayırlar və özlərinə əziyyət verirlər. Siddhartha da bu yolu seçir. Lakin zaman keçdikcə özünü hər şeydən məhrum etməklə fərqli bir eqo qazanır. Çünki artıq özünü günahlardan təmizlənmiş, nəfsinə hakim olmuş biri hesab edir. Digər insanları "uşaq insanlar" görür, çünki onlar maddiyyat uğrunda çalışıb-vuruşurlar, dünyəvi zövqlərin əsiridirlər, sevirlər, insanlara bağlanırlar və hissləri üzündən hərəkətlərini idarə edə bilmirlər. Bu, asketizmin gizli paradoksudur: özünü hər şeydən məhrum etmək eqonu öldürmür, yalnız ona yeni
Düşünce
SiddharthaHermann Hesse · Can Yayınları · 202447,1bin okunma
Reklam
9/10
·256 syf.··
2025 2. kitabı
Bu kitab mənim ruhuma o qədər toxundu ki… Oxuyarkən heç kimi günahlandıra bilmədim. Günahlandırmaq istədiyim anlarda belə, insanların hərəkətlərinin arxasında bir səbəb olduğunu görmək məni dayandırdı. Çünki insanları səhvləri ilə tanıyıb, onların bu səhvləri necə və niyə etdiklərini dərk etdikcə, onları sadəcə “günahkar” olaraq damğalamaq mümkünsüz olur. Anladım ki, hər kəs özü də bir növ başqa insanların səhvlərinin nəticəsidir. İnsanların bizə təsiri nə qədər böyükdür! Kitabda bir hissə var idi, deyirdi ki: “Hiçbir şey için asla sen suçlu değilsin, sadece başkalarının hata ve eksiklerinin kurbanısın.” İlk baxışdan çox doğrudur, çünki biz həqiqətən də başqalarının səhvlərinin və çatışmazlıqlarının nəticələrini daşıyırıq. Amma bu, bizim heç bir şeyə təsir edə bilmədiyimiz anlamına gəlirmi? Sizcə, insanların bizdə buraxdığı izləri dəyişdirə bilmərik? Məncə, tamamilə yox, amma müəyyən qədər mümkündür. Ən azından, başqalarının bizə təsirini və başqalarına təsirimizi azaltmaq bizim əlimizdədir. Bəli, biz günahkar deyilik. Amma özümüzü dərk etmək, yaralarımızın haradan gəldiyini anlamaq və onların üstündə işləmək məsuliyyəti bizə aiddir. Çünki ancaq özümüzü anladıqca, başqalarını da anlaya bilərik. Biz öz hərəkətlərimizin səbəblərini dərk etdikcə, digər insanların səbəblərini də görməyə başlayırıq və onları bağışlamaq asanlaşır. Bağışlamaq isə azadlıqdır – çünki bağışladığımız zaman keçmişin yükünü daşımaqdan qurtuluruq. Yazarın dili olduqca sadə və anlaşıqlıdır. Türk dilində oxumağıma baxmayaraq, heç bir çətinlik çəkmədən hər şeyi başa düşdüm. Onun hissləri oxucuya çatdırma bacarığı xüsusilə təsirlidir. Elə bil, kitabın hər səhifəsi oxucuya bir güzgü tutur və öz yaralarını görməsinə imkan yaradır. Tövsiyə edərəmmi? Bəli, edərəm. Çünki bu kitab sadəcə oxunmur – hiss
Malma İstasyonuAlex Schulman · Timaş Yayınları · 20245,5bin okunma
9/10
·325 syf.··
Beğendi
·
2022 11. kitabı
Açığı, həyatımda ilk dəfə bir kitaba “inceleme” yazıram. Bu kitabı oxumasam, yəgin ki, hələ də “inceleme” yazmamaq fikrində idim. Amma bu kitaba dair düşüncələrimi, hislərimi bölüşməliyəm. Əvvəla, deməliyəm ki, ən sevdiyim kitablar cərgəsinə daxil oldu. Yazıçı kitabda əqli qüsurları olanlarında “insan” olduğunu, onlarında hisləri və düşüncələri olduğunu çox gözəl vurğulayıb. Düzdür, Charlie əməliyyatdan sonra çox dəyişdi və kibirli bir insan oldu lakin onun əvvəllər heç bilmədiyi şeyləri bilməsinin və əvvəl ona qarşı “zorbalık” edənlərdən də ağıllı oluşunun fərqinə varması idi onu kibirli, eqoist biri olmağa vadar edən. Açığı mən ona qarşı dərin anlayış hiss edirdim kitabı oxuyarkən. Doğru bir hərəkət deyildi təbii ki, amma dünyanı təzə görməyə başlayan bir uşaq kimi olduğu üçün onu qınaya bilmədim. Mənə ən təsir edən şeylərdən biri, Charlie’nin Algernon’a qarşı duyduğu empatiya idi. Algernon siçan idi Charlie isə bir insan. Bizlərdə heyvanlara qarşı mərhəmət hissi duyuruq düzdü, amma Charlie’nin empatiyası çox fərqli gəldi mənə. Algernonda özünü görürdü və Algernona qarşı hiss ettiyi o empatiya hissinin indi ki, üstün zəkalı Charlie’ə yox, o uşaq kimi, saf Charlie’ə aid olduğunu düşünürəm. Kitabı oxuyarkəndə görürdük ki Charlie içində əvvəlki Charlie ilə mübarizə aparır, və o saf Charlie’ə qalib gəlməyə çalışırdı. Amma bu məsələdə qalib gələbilmədi. Algernona hiss ettiyi empatiya və sevgi hissi hətta onu qaçırmağa belə səbəb oldu. (kim laboratoriya siçanını qaçırar ki?) Kitabın axırı isə… Əslində ən başdan belə olacağını düşünürdüm. Yenə də, təsir etti. Dünyadaki qüsurlu insanların gözündən həyata baxmağı bir azda olsa öyrəndiyimi düşünürəm. Məncə bu kitabı hamı oxumalıdır. p.s: hər kəs mənim kimi düşünməyə bilər, şəxsi düşüncələrim olduğunu gözə alaraq oxuyun. :)
Roman
Algernon'a ÇiçeklerDaniel Keyes · Koridor Yayıncılık · 202536,9bin okunma