-Bəs müharibə necə başlandı, səbəb nə oldu?
-Səbəbi bütün müharibələrin səbəbidir: siyasətçilərin öz aralarında razılığa gələ bilməmələri. Başlaması da bütün müharibələrin başlaması kimi oldu: qanla. Hədəflərinə daha tez çatmaq üçün dinc xalqlar arasında bir-birilərinə qarşı düşmənçilik yaratdılar. Əvvəlcə etnik münaqişə kimi başlamış müharibə sonradan dinlərarası müharibəyə çevrildi...
..ən böyük paradoks bax budur da: müdrik və elmli insanlar özlərini heç nə bilməyən hesab etdikləri halda, cahil axmaqlar özlərini hər şeydən başları çıxan müdrik və alim hesab edirlər.
Su sudur, ancaq onu doğuran səbəblər fərqlidir. Bu göz yaşlarına səbəb həyatımda bir məna görməyim , xoş hisslər keçirməyim idi... "Axı belə gözəl xatirələrlə zəngin olan insan necə harmonik həyata yamaq ola bilar?! Başımın üzərində uçan quşların belə həyatlarında bir hədəf, bir məna var. Onlardan daha şüurlu olan biz insanların həyatı niyə boşluq və mənasızlıq ucbatından məhv olmalıdır?"
Bir insanın öldükdən sonra ətrafdakıların həyatından tamamilə silinməsi Tedi çox təəccübləndirirdi. Anasının ad günü belə hər kəsin hafizəsindən silinmişdi. Ted artıq anlayırdı ki, bu həyatda insanın yox olması ilə birgə onunla bağlı hər bir şey də unudulmağa məhkumdur.